Aparıcı Daxili Auditor
AccessBank Duration: 2025-11-18 - 2025-12-27
View count: 636 Vacancy № 1014932
City:

Baku


İşin təsviri:

  • İllik audit planına uyğun olaraq aparılan audit yoxlamaları üzrə risk əsaslı audit proqramlarının tərtib və ya tərtibatında iştirak edilməsi.
  • Biznes proseslərinin təhlili, daxili reqlament və qanunvericiliyinə uyğunluğun yoxlanılması və qiymətləndirilməsi.
  • Mövcud olan idarə etmə, risklərin idarə edilməsi və nəzarət mexanizmlərin effektivliyini, habelə əməliyyatların səmərəliyinin qiymətləndirilməsi.
  • Daxili audit sənədlərinin qüvvədə olan daxili standartlara və tələblərə uyğun hazırlanması.
  • Audit müşahidələrin və müvafiq hesabatların tərtib edilməsi.
  • Daxili audit fəaliyyətinin təşkili və inkişafı istiqamətində aparılan daxili proseslərdə iştirak etməsi.
  • Auditlə əlaqəli ehtiyac yarandığı halda ölkə daxili (bankın filiallarına) ezamiyyətə getmək imkanı.

Tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat).
  • Sahə üzrə ən az 1 il iş təcrübəsi (audit, maliyyə, mühasibatlıq, risklərin idarə edilməsi).
  • Bankın maliyyə və digər hesabatlıq prosesini yaxşı bilmək.
  • Audit üzrə yerli və beynəlxalq qanunvericilik, beynəlxalq audit standartları üzrə biliklər.
  • Microsoft Office ilə üstün işləmə bacarıqları (MS Excel-də əsasən), SQL arzu olunandır.
  • Yüksək analitik təhlil bacarıqı.
  • Azərbaycan və ingilis dilləri sərbəst bilməsi.
  • Yüksək ünsiyyət bacarıqları.
  • Davamlı olaraq inkişaf etmək həvəsi.
  • Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür.

    Müraciət et

Other vacancies in this category