Aparıcı mühasib
SF Azərbaycan BOKT
Duration: 2025-09-08 - 2025-10-08
View count: 686
Vacancy № 1014573
City:
Baku
İşin təsviri:
- Mühasibat uçotunun qurulması, həmin prosesə nəzarət edilməsi, uçotun Beynəlxalq mühasibat standartlarının tələblərinə uyğunlaşdırılması;
- Müəssisənin ümumi strateji planı çərçivəsində mühasibat uçotunun icrasının təmin edilməsi;
- Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
- Digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanması və təqdim edilməsi;
- Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə hesabatların hazırlanması və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi, məlumatların operativ təqdim edilməsinə nəzarətin təmin edilməsi;
- Daxil olan pul vəsaitlərinin, əsas vəsaitlərin uçotunu aparılmasının təmin edilməsi;
- Müəssisənin debitor və kreditorlar üzrə hesablaşmalarında dəqiqliyin təmin edilməsi;
- Mal-material, xidmət, zəmanət və avanslarla əlaqədar hesablamaların həyata keçirilməsi və uçotunun aparılması;
- Müəssisənin xərclərinin optimallaşdırılmasına və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirlərin hazırlanması və icrasına nəzarət edilməsi;
- Hesabat sənədlərinin düzgün tərtib olunmasının və tərkibində olan məlumatların doğruluğunun təmin edilməsi;
- Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə maliyyə hesabatlarının hazırlanması;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirilməsi;
Tələblər:
- Bank və ya bank olmayan kredit təşkilatında mühasib və ya aparıcı mühasib vəzifəsində işləyən namizədlərə üstünlük veriləcək;
- Minimum 3 il mühasibatlıq sahəsində iş təcrübəsi;
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat ixtisası üzrə);
- Microsoft Office proqramlarını və 1C, ERP, proqramını yaxşı səviyyədə bilmək;
- Azərbaycan dili mükəmməl, rus və ya ingilis dili biliyi üstünlükdür;
- Peşəkar Mühasib Sertifikatı (PMS) və ya ACCA üstünlük hesab olunur;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Əmək Qanunvericiliyini və müvafiq normativ aktlar üzrə biliklər;
- Analitik düşünmə bacarığı, məsuliyyətlilik və operativlik.
İmtiyazlar:
- Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Tibbi sığorta təminatının verilməsi (3 ay sonra);
- “Team building” tədbirlərinin keçirilməsi;
İş haqqında:
- İş vaxtı: 5/2, 09:00-18:00.
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
- Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi.
Other vacancies in this category
| Position | Employer | Duration |
|---|---|---|
| Baş mühasib | MJ Financial BOKT | 2026-04-14 - 2026-05-14 |
| Baş mühasib | MJ Financial BOKT | 2026-03-31 - 2026-04-30 |
Other vacancies of this employer
| Position | Employer | Duration |
|---|---|---|
| Çağrı mərkəzi operatoru | SF Azərbaycan BOKT | 2026-04-14 - 2026-05-14 |





