Baku
Bank Kanalları üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis
Vakansiya haqqında məlumat:
PAŞA Sığorta ASC namizədləri Bank Kanalları üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə bank kanalları vasitəsilə sığorta məhsullarının satış həcmlərinin artırılmasını, mövcud tərəfdaşlarla (banklar, bank olmayan kredit təşkilatları və lizinq şirkətləri) əməkdaşlığın inkişaf etdirilməsini və yeni satış imkanlarının yaradılmasını əhatə edir.
Mütəxəssis müştəri ehtiyaclarını müəyyənləşdirmək, uyğun sığorta həlləri təklif etmək və satış imkanlarını reallaşdırmaqla Bank Kanalları üzrə müəyyən edilmiş satış hədəflərinin yerinə yetirilməsinə töhfə verəcək.
Öhdəliklər
- Şirkətin satış strategiyasına uyğun olaraq Bank Kanalları üzrə müəyyən edilmiş satış hədəflərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərmək;
- Bank, BOKT və lizinq tərəfdaşları ilə əməkdaşlığı inkişaf etdirmək, yeni tərəfdaşların və müştərilərin cəlb edilməsini təmin etmək;
- Tərəfdaşlarla mütəmadi görüşlər keçirmək, sığorta məhsullarını təqdim etmək və yeni satış imkanlarını reallaşdırmaq;
- Mövcud müştəri portfelini inkişaf etdirmək, sığorta müqavilələrinin yenilənməsini izləmək və satış həcmlərinin artırılması istiqamətində fəaliyyət göstərmək;
- Satış nəticələrini təhlil etmək, faktiki göstəriciləri planla müqayisə etmək və müvafiq hesabatlar hazırlamaq;
- Birbaşa rəhbərin vəzifə funksiyalarına uyğun digər tapşırıqlarını yerinə yetirmək.
Bilik və Bacarıqlar
- Yeni müştərilərin cəlb edilməsi və tərəfdaşlarla işgüzar münasibətlərin inkişaf etdirilməsi bacarığı;
- İşgüzar görüşlərin keçirilməsi, danışıqların aparılması və satış bacarıqları;
- Dinamik və yüksək iş intensivliyi olan mühitdə effektiv işləmək bacarığı;
- Komandada işləmək, yüksək məsuliyyət hissi və nəticəyönümlülük;
- Təşəbbüskarlıq, operativlik və problem həll etmə bacarığı;
- MS Office proqramlarında, xüsusilə Excel, PowerPoint və Outlook-da işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst ünsiyyət, rus və ingilis dillərini bilmək üstünlükdür;
- Sığorta məhsulları və bank-sığorta fəaliyyəti üzrə biliklərə üstünlük verilir.
Təhsil və Təcrübə
- Ali təhsil (maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və digər müvafiq ixtisaslar üzrə);
- Bank, sığorta, maliyyə xidmətləri və ya korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi.
Biz Sizə Təklif Edirik
Dəyər yaradan işlər
- Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.
Birlikdə güclənən komanda
- Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.
Davamlı inkişaf imkanları
- Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.
Etimada əsaslanan iş mühiti
- Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.