Data analitik
Barattson Duration: 2023-09-18 - 2023-10-01
View count: 1252 Vacancy № 1011041
City:

Baku


BARATTSON MMC- 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.  

Əsas vəzifə öhdəlikləri:

  • Məlumatların analizı üçün Python və ya R dilində lazımi kodların yazılması
  • Fəqrli istiqamətlərdə analitika üçün müxtəlif data mənbələrinin təyin edilməsi;
  • Fərqli mənbələrdən datanın çıxarılması və təmizlənməsi;
  • Çıxarılan data üzərində vizualizasiya işlərinin görülməsi və effektiv hesabatların tərtib olunması;
  • Şirkətin ERP sisteminin Hesabat modulunun tərtibatı və bu məqsədlə əlaqəli databaza sistemlərdində datanın manipulyasiyası;
  • Şirkətin ERP sisteminin tətbiqi və təkmilləşdirilməsi üçün datanın fərqli hərəkət kanallarının təyin edilməsi və gərəkli olduğu halda biznes proseslərin sistemlə qarşılaşdırılması;
  • Datanın analizi əsasında şirkətə faydalı məlumatların ötürülməsi və qərarvermə prosesinə dəstək;
  • Təşkilat çərçivəsində hesabatlılığın avtomatlaşdırılması;
  • Daimi data keyfiyyətinin yoxlanması və qaydalara əsasən data keyfiyyətinin təmin olunması.
  • Data warehouse-ları və data mart-larını dizayn etmək, modelləşdirmək, optimallaşdırmaq və onlara dəstək xidməti vermək;
  • Proqnoz və nəticələrin effekiv vizuallaşdırma üsulu ilə hesabatlar hazırlamaq (ppt);
  • Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti;
  • Sorğuları (brief) şərh etmək və bzines problemləri üzrə həll olunan məlumat bazaları hazırlamaq, uyğun metodologiyanı seçmək və düzgün istifadə etmək bacarığı;

Əsas tələblər:

  • Ali təhsil (Kompüter elmləri, Kompüter mühəndisliyi və Riyaziyyat ixtisasları üzrə olması arzu olunandır);
  • Azərbaycan (İngilis dili  biliyi arzu olunandır);
  • Sahə üzrə 1-2 il iş təcrübəsi olanlara üstünlük verilir
  • ETL alətlərinin istifadəsində geniş təcrübəyə (ODİ biliklərinə üstünlük verilir);
  • SQL üzrə dərin biliklər(Oracle PL/SQL biliklərinə üstünlük verilir);
  • Yüksək Excel bilikləri;
  • Məlumat bazalarının qurulması və modelləşdirilməsində təcrübə;
  • Python və ya R proqramlaşdırma dillər üzrə biliklər;
  • Analitik tool-larla işləmək bacarığı;
  • Məntiqi-analitik düşüncə qabiliyyəti;
  • Komandada işləmək bacarığı.

İş şəraiti:

  • İş qrafiki: Beşgünlük, saat 10:00-18:00
  • Əmək haqqı: Razılaşma yolu ilə

Namizədlərdən CV formaların vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Data analitik” qeyd olunmaqla göndərməkləri xahiş olunur.