Debitorlar hesablaşmalarına nəzarət üzrə aparıcı/baş mütəxəssis
Paşa Sığorta
Duration: 2026-01-06 - 2026-02-06
View count: 359
Vacancy № 1015099
City:
Baku
Debitorlar hesablaşmalarına nəzarət üzrə aparıcı/baş mütəxəssis
PAŞA Sığorta” ASC namizədləri Debitorlar hesablaşmalarına nəzarət üzrə aparıcı/baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
- Debitor borclarının mütəmadi monitorinqi və həftəlik borc hesabatlarının təmin edilməsi.
- Debitorlar üzrə yaşlandırma (aging) hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Problematik debitorların müəyyən edilməsi və zəruri hallarda hüquqi prosedurların başlanmasına dəstək göstərilməsi.
- Şübhəli və ümidsiz olmayan borclarla bağlı təkliflərin hazırlanması.
- Aylıq debitorla bağlı satış hesabatlarının hazırlanması və zərərli satışlarla bağlı analitik hesabatların rəhbərliyə təqdim edilməsi.
- Satış göstəricilərinin təhlili və riskli əməliyyatlarla bağlı tövsiyələrin verilməsi.
- Tamamlanmış satışlar üzrə elektron qaimələrin düzgün tərtibinə nəzarət edilməsi.
- Maliyyə və satış şöbələrinə müqavilə şərtlərinin çatışmazlığı və potensial risklər barədə məlumat verilməsi.
- Müştərilərlə aylıq və ya rüblük üzləşmələrın aparılması.
- Proseslərə riayət etməyən və ya əməkdaşlıqdan imtina edən müştərilərlə münasibətlərin müvəqqəti davami ilə bağlı tövsiyələrin hazırlanması.
- Müştərilərlə kommunikasiyanın təmin edilməsi
- İşgüzar görüşlərdə iştirak etmək
- Rəhbər tərəfindən verilən digər tapşırıqların icrası
Biliklər:
- Ali təhsil: Maliyyə və kredit, Risk, İqtisadiyyat, mühasibat uçotu və ya oxşar sahə üzrə;
- Sığorta, maliyyə, bank və ya müştəri xidmətləri sahəsində 3-5 il təcrübə arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili üzrə səlis yazılı və şifahi biliklər, yaxşı səviyyədə ingilis və rus dili;
- Kompyuter bilikləri: MS Office (Excel, Word, PowerPoint) proqramları üzrə biliklər;
- Power BI, SQL (nəzəri biliklər)
Bacarıqlar:
- Komandada işləmək və mükəmməl kommunikasiya bacarığı;
- Səlis danışıq qabiliyyəti;
- Vaxt idarəetmə bacarığı;
- Məlumatların məxfiliyinin qorunub saxlanılması;
- Detallara diqqət və analitik bacarıqlar;
- Təşəbbüskarlıq;
- İş prosesində yaranan problemə çevik reaksiya vermək bacarığı;
- Stres altında işləmək qabiliyyəti.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Other vacancies in this category





