​​​​​​​Əməliyyat auditi şöbəsinin auditoru
Unibank Kommersiya Bankı Duration: 2024-12-25 - 2025-01-15
View count: 240 Vacancy № 1012710
City:

Baku


İşin təsviri:

  • İllik audit planına uyğun olaraq audit yoxlamalarında iştirak etmək;
  • Proses və struktur bölmələri üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsində iştirak etmək;
  • Audit müşahidəsi və tövsiyələrin yer aldığı audit hesabatlarını hazırlamaq;
  • Daxili audit tövsiyələrinin icra səviyyəsini qiymətləndirmək;
  • Daxili audit fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək;
  • Rəhbərlər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Əməliyyat sahəsində (korporat və ya multifunksional) ən azı 1 illik təcrübə;
  • İqtisadi ali təhsil;
  • MS Office proqramları ilə sərbəst işləmək bacarığı (SQL biliyinin olması üstünlükdür);
  • Analitik təhlil etmə bacarığının olması;
  • Bilik və bacarıqlarını daim artırmağa hazır olmalı;
  • Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı;
  • Azərbaycan dilini sərbəst bilməli (rus və ingilis dili arzu olunandır);
  • Regionlara ezama getmək imkanının olması.

    Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/unibank/unibank-emeliyyat-auditi-sobesinin-auditoru-1998/apply