Gəlirlər üzrə mühasib
Tam Store
Duration: 2026-01-28 - 2026-02-28
View count: 466
Vacancy № 1015170
City:
Baku
Əsas vəzifə öhdəlikləri:
- Məhsul, iş və xidmətlərdən əldə olunan gəlirlərin mühasibat uçotunda düzgün əks etdirilməsi (aylıq, rüblük, illik);
- Satış fakturalarının, qaimələrin və müqavilələrin yoxlanılması;
- Gəlirlərin müvafiq hesablara vaxtında və düzgün köçürülməsi;
- Müştərilərin debitor borclarının izlənməsi və uçotu;
- Gecikmiş ödənişlərlə bağlı müvafiq tədbirlərin görülməsi;
- Müştərilər ilə üzləşmə aktlarının / hesabatlarının hazırlanması;
- Hesabların müxabirləşməsinin nəzərdən keçirilməsi, səhvliklərin və uyğunsuzluqların aradan qaldırılması;
- Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi;
- Gündəlik e-qaimələrin tərtib edilib göndərilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə biliklər;
- Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (Excel);
- Operativ və məsuliyyətli iş yanaşması;
- Komandada işləmə, sürətli düşünmə, deadline-larla işləmə bacarığı;
- Məntiqi və analitik düşünmə tərzi.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil (maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə);
- Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Gəlirlər üzrə mühasib” yazaraq cv@tamstore.az düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Other vacancies in this category
Other vacancies of this employer
| Position | Employer | Duration |
|---|---|---|
| Kreditorlar üzrə kiçik mühasib | Tam Store | 2026-03-06 - 2026-04-06 |





