General English Müəllimi
Beynəlxalq Təhsil Mərkəzi Duration: 2026-08-05 - 2026-09-05
View count: 44 Vacancy № 1015656
City:

Baku


İngilis dili tədrisi sahəsində fəaliyyət göstərən Beynəlxalq Təhsil Mərkəzi komandamıza peşəkar, motivasiyalı və məsuliyyətli General English Müəllimi dəvət edir.

Kvalifikasiya tələbləri

  • İngilis dili müəllimliyi, Tərcümə və ya digər müvafiq ingilisdilli ixtisas üzrə ali təhsil;
  • IELTS minimum 7.0 (C1 səviyyəsi) sertifikatı;
  • General English üzrə minimum 1–2 il tədris təcrübəsi;
  • CELTA, TEFL, TESOL və ya TKT sertifikatlarından hər hansı birinə sahib olmaq üstünlükdür;
  • A1–B2 səviyyələri üzrə qrup və fərdi dərslərin tədrisi bacarığı;
  • Güclü ünsiyyət, təqdimat və sinif idarəetmə bacarıqları;
  • Məsuliyyətli, nəticəyönümlü və komandada səmərəli işləmək bacarığı;
  • Rus dili biliyi üstünlük hesab olunur.

Vəzifə öhdəlikləri

  • A1–B2 səviyyələri üzrə dərslərin tədris proqramına uyğun şəkildə tədris edilməsi;
  • Dərs planlarının hazırlanması və effektiv tədris metodlarının tətbiqi;
  • Tələbələrin akademik inkişafının mütəmadi izlənilməsi və qiymətləndirilməsi;
  • Dərs prosesinə dair hesabatların hazırlanması və tələbə davamiyyətinin nəzarətdə saxlanılması;
  • Tədris keyfiyyətinin yüksəldilməsi istiqamətində müəssisənin daxili standartlarına riayət edilməsi.

İş şəraiti

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
  • Əməkhaqqı: 800 AZN-dən başlayaraq + bonus sistemi (namizədin bilik və təcrübəsinə əsasən razılaşma yolu ilə müəyyən edilir);
  • İş qrafiki: Tam iş günü (Bazar ertəsi – Şənbə);
  • İş yeri: Bakı şəhəri, Ziya Bünyadov prospekti 690 (Koroğlu metro stansiyasının yaxınlığı).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini "General English Müəllimi" başlığı ilə aşağıdakı əlaqə vasitəsinə göndərmələri xahiş olunur.

Əlaqə / WhatsApp: 051 426-25-92

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə növbəti seçim mərhələsi üçün əlaqə saxlanılacaq.