Hesabatlıq şöbəsinin rəhbəri
Mars Overseas Baku
Duration: 2026-08-06 - 2026-09-06
View count: 28
Vacancy № 1015660
City:
Baku
Təsvir
- Aylıq, rüblük və illik maliyyə, büdcə və idarəetmə hesabatlarının şirkətin daxili prosedurlarına uyğun olaraq vaxtında hazırlanmasını, təsdiq üçün rəhbərliyə təqdim edilməsini təmin etmək
- Gəlir və xərc proqnozlarının hazırlanmasını həyata keçirmək, maliyyə planlaşdırılmasının təkmilləşdirilməsi istiqamətində təkliflər vermək
- Maliyyə nəticələrini təhlil etmək, analitik hesabatlar hazırlamaq və rəhbərliyin qərarvermə prosesini dəstəkləyən maliyyə məlumatlarını təqdim etmək;
- Şirkətin illik büdcəsinin daxili prosedurlara uyğun şəkildə hazırlanması və icrası prosesinə rəhbərlik etmək;
- Daxili və xarici audit prosesləri çərçivəsində tələb olunan maliyyə məlumatlarının vaxtında təqdim edilməsini təmin etmək, audit nəticələri üzrə müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması prosesinə nəzarət etmək;
- Komandanın fəaliyyətini effektiv şəkildə idarə etmək, əməkdaşların peşəkar inkişafını dəstəkləmək və yüksək performanslı iş mühitinin formalaşdırılmasını təmin etmək
- Rəhbərlik tərəfindən verilən digər tapşırıq və sorğuların vaxtında və keyfiyyətli icrasını təmin etmək.
Tələblər
- Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat ixtisası üzrə magistr təhsilinə malik olmaq;
- ACCA, CPA, CIMA və ya digər beynəlxalq peşəkar maliyyə və mühasibatlıq sertifikatlarına malik olmaq üstünlük hesab edilir;
- Maliyyə, hesabatlılıq və büdcə analizi sahəsində minimum 5 il peşəkar iş təcrübəsi, o cümlədən ən azı 2 il rəhbər vəzifədə fəaliyyət göstərmiş olmaq;
- Beynəlxalq audit xidmətləri göstərən aparıcı şirkətlərdə (Big4) iş təcrübəsinə malik namizədlərə üstünlük verilir
- Microsoft Office proqramlarında, xüsusilə Microsoft Excel-də yüksək səviyyədə işləmək bacarığına, eləcə də mühasibat proqramları ilə iş təcrübəsinə malik olmaq;
- Azərbaycan və ingilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət bacarığına malik olmaq (rus dili biliyi üstünlükdür).
Xüsusi tələblər:
- Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS) üzrə dərin nəzəri və praktik biliklərə malik olmaq;
- Microsoft Excel proqramında qabaqcıl səviyyədə bilik və analitik işləmə bacarığına malik olmaq;
- Yüksək stress şəraitində səmərəli fəaliyyət göstərmək və komandada effektiv əməkdaşlıq etmək bacarığına malik olmaq
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Other vacancies in this category
Other vacancies of this employer
| Position | Employer | Duration |
|---|---|---|
| Anbardar | Mars Overseas Baku | 2026-07-29 - 2026-08-29 |
| SQL üzrə proqramçı (SQL Developer) | Mars Overseas Baku | 2026-07-28 - 2026-08-28 |



