İnsan resursları əməliyyatları üzrə mütəxəssis
Baku Steel Company Duration: 2026-07-20 - 2026-08-20
View count: 106 Vacancy № 1015598
City:

Baku


Təsvir

  • Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması, yenilənməsi və ləğv edilməsi;
  • Əmək müqavilələrinin bağlanması, müqavilələrə dəyişiklik, əmək müqaviləsinə xitam üzrə sənədləşməni aparılması;
  • İşçilərin davamiyyətinin dəqiq və vaxtında aparılması, nəzarətdə saxlanılması;
  • İş vaxtının uçotu cədvəllərinin (tabel) hazırlanması və düzgünlüyünün yoxlanılması;
  • Ezamiyyət, məzuniyyət əməliyyatlarını əmək qanunvericiliyinə uyğun şəkildə icrası;
  • Xəstəlik vərəqələrinin düzgünlüyünün yoxlanılması, qeydiyyatının aparılması və sənədləşdirilməsi;
  • İşçilərlə bağlı əmrlər, müqavilələr, razılaşmalar və digər sənədlərin hazırlanması, təsdiq prosesinin izlənməsi;
  • İntizam xətaları ilə bağlı daxil olan müraciətlərin araşdırılması və müvafiq qaydada sənədləşdirilməsi;
  • İşçilərə dair məlumatların dəqiq və aktual vəziyyətdə saxlanılması;
  • Tələb olunan arayışların və daxili hesabatların vaxtında və düzgün hazırlanması;

Tələblər

  • Ali təhsil (İnsan Resursları, İqtisadiyyat, İdarəetmə və ya əlaqəli sahələr);
  • Sahə üzrə 2 il iş təcrübəsi;
  • MS Office proqramları (xüsusilə Word, Excel və Outlook) ilə yaxşı səviyyədə işləmək bacarığı;
  • 1C 8.3, ƏMAS, İSB sistemləri ilə iş təcrübəsi;
  • Yaxşı səviyyədə ünsiyyət qurmaq, problemləri həll etmək və komanda ilə işləmək bacarığı;
  • İşdə dəqiqlik, məsuliyyətlilik və detallara diqqət;
  • Eyni anda bir neçə tapşırığı idarəetmə və vaxtında icraetmə bacarığı;
  • Rəhbərlik və digər şöbələrlə səmərəli əməkdaşlıq qurmaq bacarığı.

Vakansiya həm Bakı, həm də Sumqayıt üzrə aktivdir.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.


Other vacancies in this category