İşə qəbul üzrə kiçik mütəxəssis
Giltex Duration: 2026-08-28 - 2026-09-28
View count: 102 Vacancy № 1015738
City:

Baku


İşə qəbul üzrə kiçik mütəxəssis

Vəzifənin qısa təsviri:

  • İşə Qəbul üzrə Kiçik Mütəxəssis şirkətin əsasən istehsalat, texniki və fəhlə kateqoriyalı vakansiyaları üzrə işə qəbul proseslərinin həyata keçirilməsinə dəstək göstərir. Vəzifə namizədlərin aktiv axtarışı, CV-lərin ilkin qiymətləndirilməsi, telefon müsahibələrinin aparılması, müsahibələrin təşkili və namizədlərin işə qəbul prosesinin sonadək izlənilməsini əhatə edir. Vəzifə kommunikasiya bacarığı güclü, operativ, məsuliyyətli, nəticəyönümlü və recruitment sahəsində peşəkar inkişaf etmək istəyən namizədlər üçün nəzərdə tutulmuşdur.

Əsas vəzifə öhdəlikləri:

  • İstehsalat və digər struktur bölmələr üzrə açıq vakansiyaların operativ şəkildə bağlanması prosesində iştirak etmək;
  • İstehsalat vakansiyaları üzrə namizədlərin müxtəlif mənbələrdən aktiv axtarışını həyata keçirmək;
  • İş elanlarını müvafiq işə qəbul platformalarında yerləşdirmək, yeniləmək və namizədlərdən daxil olan müraciətləri idarə etmək;
  • CV-ləri vakansiyanın tələblərinə uyğun olaraq ilkin qiymətləndirmək və uyğun namizədləri müəyyən etmək;
  • İstehsalat sahəsində çalışan fəhlə və texniki heyət üzrə kütləvi işə qəbul proseslərinin təşkilində iştirak etmək;
  • Namizədlərin işə qəbul mərhələsinə qədər prosesini izləmək və namizədlərlə mütəmadi əlaqə saxlamaq;
  • İşə qəbul üçün tələb olunan sənədlərin toplanması prosesində iştirak etmək;
  • Yeni işə qəbul edilmiş əməkdaşların adaptasiya və onboarding prosesində iştirak etmək
  • Rəhbərlik tərəfindən verilən və vəzifəyə uyğun digər tapşırıqları yerinə yetirmək.

Tələb olunan kvalifikasiyalar:

  • Ali təhsil — İnsan Resurslarının İdarə Edilməsi, Biznesin İdarə Edilməsi, Maliyyə, İqtisadiyyat, Psixologiya və ya əlaqəli ixtisaslar üzrə;
  • Recruitment və ya HR sahəsində minimum 6 ay – 1 il iş təcrübəsi;
  • İstehsalat müəssisəsində və ya kütləvi işə qəbul proseslərində təcrübənin olması üstünlükdür;
  • MS Office proqramlarında, xüsusilə Excel proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dili biliyi üstünlük hesab olunur;
  • Güclü ünsiyyət və komanda ilə işləmə bacarığı;
  • Operativ və dinamik iş mühitində işləmək bacarığı;
  • Eyni anda bir neçə vakansiya üzrə işləmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı;
  • Öyrənməyə açıq olmaq və peşəkar inkişaf həvəsi.

İş şəraiti:

  • İş yeri: Azərbaycan, Sumqayıt şəhəri, Sülh küçəsi 2.
  • Servis xidməti (Ulduz metrosundan) və nahar təmin edilir.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "İşə qəbul üzrə kiçik mütəxəssis" qeyd etməklə recruitment@giltex.az  elektron poçt ünvanına göndərmələri xahiş olunur.