Java backend developer (junior/middle) (Ödəniş sistemlərinin inkişafı şöbəsi)
Unibank Kommersiya Bankı
Duration: 2024-12-27 - 2025-02-01

View count: 244
Vacancy № 1012743
City:
Baku
İşin təsviri:
- Mikroservis arxitekturasına uyğun bankdaxili və 3-cü tərəflər üçün servislərin hazırlanması, testləşdirilməsi və texniki sənədlərin hazırlanması;
- Servisləri istifadə edən tərəflərə texniki dəstək göstərilməsi, yaranacaq çətinlikləri qarşı tərəflə birlikdə həll etmək;
- Departament daxili lazımi prosesləri avtomatlaşdırmaq;
- Servislərə texniki dəstək (performans problemlərinin həlli, təhlükəsizlik və digər boşluqlarının aradan qaldırılması, servislərə yeni funksionallıqların əlavə edilməsi).
Tələblər:
- Java SE, Java EE, Spring Boot üzrə bilik və təcrübə;
- Message queue üzrə bilik və təcrübə (əsasən Kafka üzrə biliklər);
- Unit və inteqrasiya testlər üzrə bilik və təcrübə;
- RESTful API və SOAP servislərin hazırlanması, istifadə olunması üzrə təcrübə;
- Obyektyönümlü proqramlaşdırma, S.O.L.I.D prinsipləri və “Design Patterns” barədə biliklər;
- GIT ilə işləmə bacarığı;
- Mikroservis arxitekturası üzrə bilik və təcrübə;
- Swagger (OpenAPI) üzrə bilik və təcrübə;
- Spring Cloud Consul və Spring Cloud Vault üzrə biliklər;
- Səliqəli, təhükəsizlik tələblərini nəzərə alaraq anlaşılan kod yazmaq bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək bacarığı, məsuliyyətlilik;
- Azərbaycan dilində səlis, ingilis dilini yaxşı bilmək tələb olunur;
- PL/SQL bilənlərə və bank təcrübəsi olanlara üstünlük veriləcək.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/unibank/unibank-java-backend-developer-juniormiddle-odenis-sistemlerinin-inkisafi-sobesi/apply
Other vacancies in this category
Other vacancies of this employer