Kart biznesi üzrə analitik
Unibank Kommersiya Bankı
Duration: 2024-12-21 - 2025-01-25

View count: 319
Vacancy № 1012675
City:
Baku
İşin təsviri:
- Kart biznesinin emissiya üzrə gəlir və xərc analizlərinin edilməsi;
- Aidiyyəti məhsullar üzrə gəlir və xərc analizlərinin edilməsi, optimizasiya üçün təkliflərin verilməsi və aidiyyəti strukturlara icrası üçün ötürülməsi;
- Ödənişlər sahəsində baş verən yeniliklərin izlənilməsi və yeni biznes imkanlarının müəyyən edilməsi;
- Mütəmadi bazar araşdırmalarının aparılması;
- Mastercard və VISA (və ya oxşar digər 3-cü tərəflər) ilə bağlanacaq biznes razılıqlarının analitikası və razılıqlar əsasında qəbul olunan qərarların icrası və ya icrasının təmin edilməsi və nəzarət;
- Mastercard və VISA ödəniş sistemlərinə təqdim olunan rüblük hesabatları hazırlanaraq təqdim edilməsi;
- Beynəlxalq ödəniş sistemləri tərəfindən istənilən birdəfəlik və periodik digər analitika və ya hesabatların hazırlanaraq təqdim edilməsi;
- Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası, Paşa Holding və bankın daxili strukturları tərəfindən istənilən analitika və hesabatların hazırlanaraq təqdim edilməsi;
- Ödəniş sistemləri ilə hesablaşma zamanı invoysların ödənişinə və ya daxil olan pul vəsaitlərinin qəbulu prosesinə dəstək;
- Ödəniş sistemlərinə ödənilən invoysların təhlil edilərək nəzarətdə saxlanılması və optimizasiyası üçün təkliflərin verilməsi və icrası və ya icrasına dəstək;
- Proses sahibi, Ekspert Mərkəzinin lideri və Ofis lideri tərəfindən daxil olan analitika və hesabatlılıq ilə əlaqədar digər işlərin icra edilməsi;
- Mütəmadi istifadə olunan hesabatların Tableau və s. oxşar alətlərlə işlənilməsi.
Tələblər:
- Analitik düşüncə və data ilə işləmək;
- Excel, Oracle SQL və Vizualisayia alətləri;
- Azərbaycan və İngilis dili (Rus dili əlavə üstünlükdür);
- Sahə üzrə minimum 1 il təcrübə;
- Yüksək kommunikasiya bacarıqları;
- Təşəbbüskarlıq və proaktlivlik;
- Komanda və insanlar ilə işləmək bacarıqları;
- Məsuliyyət və detallara qarşı diqqət;
- Ödənişlər və ya kart biznesi sahələrində təcrübə üstünlükdür.
Müraciət üçün link: Unibank Kommersiya Bankı - Kart Biznesi üzrə Analitik
Other vacancies in this category
Other vacancies of this employer