Kiçik Hüquqşünas / Junior Lawyer
ACON MMC Duration: 2026-06-29 - 2026-07-29
View count: 48 Vacancy № 1015556
City:

Baku


Əsas vəzifələr:

  • Şirkət qeydiyyatı, təsis sənədləri və korporativ sənədlərin hazırlanmasında iştirak etmək;
  • Müqavilələrin, ərizələrin, məktubların, müraciətlərin və digər hüquqi sənədlərin hazırlanmasına dəstək göstərmək;
  • Miqrasiya, müvəqqəti yaşama icazəsi, iş icazəsi və əcnəbilərlə bağlı prosedurlar üzrə sənədlərin hazırlanmasında iştirak etmək;
  • Dövlət orqanları, notariat, banklar və digər qurumlarla iş prosesində komandanı dəstəkləmək;
  • Müştəri sorğularının cavablandırılması üçün hüquqi araşdırmalar aparmaq;
  • Xarici və yerli müştərilərlə yazılı və şifahi kommunikasiyada iştirak etmək;
  • Hüquqi rəylərin, hesabatların və qısa araşdırma qeydlərinin hazırlanmasına dəstək göstərmək;
  • Müştəri işlərinin icra müddətlərini izləmək və tapşırıqları vaxtında yerinə yetirmək;
  • Korporativ hüquq və konsaltinq layihələrində komanda üzvlərinə dəstək olmaq.

Namizədə tələblər:

  • Təcrübə: 6 ay – 1 il arası təcrübə arzuolunandır
  • Dil tələbi: Rus dili vacibdir, ingilis dili üstünlükdür
  • Hüquq üzrə ali təhsil;
  • Rus dili biliyi — vacibdir;
  • İngilis dili biliyi — üstünlükdür;
  • Korporativ hüquq, miqrasiya hüququ, şirkət qeydiyyatı və ya konsaltinq sahəsinə maraq;
  • Hüquqi araşdırma və analiz bacarığı;
  • Hüquqi sənədlərlə dəqiq və məsuliyyətli işləmə bacarığı;
  • Yazılı və şifahi ünsiyyət bacarığı;
  • Microsoft Word, Excel və e-mail yazışmaları ilə işləmək bacarığı;
  • Operativlik, intizamlılıq və komanda ilə işləmək bacarığı;
  • Öyrənməyə və peşəkar inkişaf etməyə yüksək motivasiya.

Üstünlük veriləcək namizədlər:

  • Korporativ hüquq və konsaltinq sahəsində ilkin iş təcrübəsi olan namizədlər;
  • Şirkət qeydiyyatı, sənədlərin hazırlanması, miqrasiya və iş icazələri üzrə praktiki bilik və ya təcrübəsi olan şəxslər;
  • Xarici müştərilərlə işləmək təcrübəsi olan namizədlər;
  • Rus dilində sərbəst yazılı və şifahi ünsiyyət qura bilən şəxslər;

Biz nə təklif edirik?

  • Korporativ hüquq, miqrasiya və konsaltinq sahəsində real praktiki təcrübə;
  • Yerli və xarici müştərilərlə işləmək imkanı;
  • Peşəkar komanda daxilində inkişaf və öyrənmə mühiti;
  • Uzunmüddətli əməkdaşlıq və karyera inkişafı imkanı;
  • Müxtəlif hüquqi layihələrdə iştirak etmək imkanı.

Qeyd: Əmək haqqı müsahibə zamanı müzakirə olunacaqdır.

Maraqlanan namizədlər CV-lərini contact@acon.az elektron poçt ünvanına göndərə bilərlər. Email mövzusu: Kiçik Hüquqşünas / Junior Lawyer