Korporativ işlər üzrə aparıcı hüquqşünas
Prior Leasing
Duration: 2026-11-03 - 2026-12-03
View count: 75
Vacancy № 1015928
City:
Baku
Namizədə olan tələblər:
- Ali təhsil(Hüquq);
- Korporativ hüquq, müqavilə hüququ və ya maliyyə sektorunun hüquqi müşayiəti sahəsində minimum 3 il iş təcrübəsi;
- Bank və lizinq şirkətlərində hüquqi iş təcrübəsi arzu olunandır;
- Müqavilə, prosedur və qaydaların hazırlanması, hüquqi ekspertizası və korporativ sənədləşmə üzrə praktiki təcrübə;
- MS Office proqramlarında, xüsusilə Word və Excel-də sərbəst işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Lizinq, kredit, xidmət, əməkdaşlıq və digər mülki-hüquqi müqavilələrin, əlavə sazişlərin və hüquqi sənədlərin hazırlanması, təhlili və hüquqi ekspertizasının aparılması;
- Şirkətin fəaliyyəti ilə bağlı hüquqi məsələlərin araşdırılması, qanunvericiliyin tətbiqi üzrə əsaslandırılmış yazılı hüquqi rəylərin hazırlanması;
- Müqavilə və əməliyyat modelləri üzrə hüquqi risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və azaldılması üçün alternativ həll variantlarının təqdim edilməsi;
- Lizinq fəaliyyəti, bank olmayan kredit təşkilatları və maliyyə sektoru ilə bağlı hüquqi məsələlərin təhlili;
- Səhmdarların ümumi yığıncağının, idarəetmə orqanlarının qərarlarının, protokollarının və digər korporativ sənədlərin hazırlanması;
- Nizamnamələrin, daxili qaydaların, prosedurların, əsasnamələrin və digər daxili normativ sənədlərin hazırlanması və hüquqi ekspertizasının həyata keçirilməsi;
- Şirkətin struktur bölmələrindən daxil olan hüquqi sorğuların araşdırılması, hüquqi mövqenin və müvafiq tövsiyələrin formalaşdırılması;
- Yeni məhsulların, biznes proseslərinin və əməkdaşlıq modellərinin hüquqi baxımdan qiymətləndirilməsi;
- Korporativ dəyişikliklər, dövlət qeydiyyatı və digər hüquqi rəsmiləşdirmə proseslərinin hüquqi müşayiəti;
- Dövlət orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və digər aidiyyəti qurumlarla hüquqi məsələlər üzrə yazışmaların və müraciətlərin hazırlanması;
- Lizinq, bank və bank olmayan kredit təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericilikdə dəyişikliklərin izlənilməsi, onların şirkətin fəaliyyətinə təsirinin təhlili və zəruri tədbirlərlə bağlı təkliflərin hazırlanması;
- Müqavilələrdə və digər hüquqi sənədlərdə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə təkliflərin hazırlanması;
- Hüquqi tapşırıqların icra vəziyyətinin izlənilməsi və görülmüş işlər barədə rəhbərliyə müvafiq məlumatların təqdim edilməsi;
- Hüquq şöbəsinin fəaliyyət istiqamətləri üzrə digər hüquqi tapşırıqların yerinə yetirilməsi.
İş şərtlərimiz:
- İş qrafiki: 5 günlük;
- İş saatları: 08:30-17:30.
- İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ işlər üzrə aparıcı hüquqşünas” yazaraq hr@prior.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Other vacancies in this category
Other vacancies of this employer
| Position | Employer | Duration |
|---|---|---|
| Lizinq / Kredit mütəxəssis | Prior Leasing | 2026-11-02 - 2026-12-02 |
| Çağrı Mərkəzi operatoru | Prior Leasing | 2025-12-05 - 2026-12-05 |