Korporativ kreditlər üzrə mütəxəssis
AFB Bank
Duration: 2024-09-05 - 2024-10-04

View count: 699
Vacancy № 1012360
City:
Baku
Korporativ kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis
Satış strukturu
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Bank qanunvericiliyi bilikləri;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı;
- Analitik təhlil, ünsiyyət və komandada işləmək bacarığı;
- MS Office proqramlarında (MS Excel, MS Word) işləmək bacarığı;
- Məsuliyyətlilik və dəqiqlik.
İŞİN TƏSVİRİ:
- Bankın kredit məhsullarının təşviqatını aparmaq, onlara dair müştərilərin tələb, təklif və arzularını öyrənərək təhlil etmək və filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək;
- Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
- Korporativ və KOS (SME) kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək;
- Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
- Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək;
- Bankdaxili prosedurlara uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;
- Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək;
- Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Other vacancies in this category
Trainings and seminars in this category
Trainings and seminar | Employer | Duration |
---|---|---|
Certified Retail Credit Underwriter (CRCU) | İnternational Consulting Company | 2025-04-25 - 2025-05-09 |
Professional bank işçisi | İnternational Consulting Company | 2025-03-12 - 2025-04-27 |