Korporativ satış meneceri
BSC Group
Duration: 2023-08-28 - 2023-09-28
View count: 573
Vacancy № 1010997
City:
Baku
Vəzifə öhdəlikləri:
- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması;
- Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
- Müştəri Bazasının formalaşdırılması;
- Xüsusi müştəri şəbəkəsinin yaradılması və inkişaf etdirilməsi;
- Şirkət tərəfindən müəyyən edilmiş satış planının həyata keçirirlməsi;
- Şirkətin satış həcminin artırılmasına dəstək;
- Korporativ müştərilər ilə mütəmadi görüşlərin keçirilməsi;
- B2B görüşlərin keçirilməsi;
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması;
- Mövcud müştəri əlaqələrinin idarə edilməsi;
- İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı;
- Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Korporativ satış sahəsində iş təcrübəsi;
- Yaş həddi - 25-45;
- Azərbaycan, rus dillərini mükəmməl səviyyədə bilməli, ingilis dili üstünlük;
- MS Office proqramlarını yüksək səviyyədə bilməli;
- İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitik bacarığı;
- Təqdimat hazırlama və təqdimat keçirmək, müxtəlif dövrlər (günlük, həftəlik, aylıq, rüblük, illik) hesabatların aparılması;
- Müştəriyönümlü satış etmək bacarığının olması;
- Nəticə yönümlülük;
- İşi planlamaq bacarığı;
- Müştərinin etibarını qazanmaq qabiliyyəti;
- Danışıqların idarə etmə qabiliyyəti;
- Xoş görünüşlü və ünsiyyətcil;
- Liderlik keyfiyyətlərinə malik olmalı;
- Korporativ idarəetmənin prinsiplərini bilməli.
Əlavə qeyd:
- Peşəkar, mehriban komandada iş
- Kreativ iş şəraiti
- Professional və maddi artım üçün perspektiv
- Əmək haqqı 1500 AZN + Bonus
Vakansiyaya müraciət etmək istəyən şəxslər öz CV-lərini mövzu hissəsində “Korporativ satış meneceri” yazıb hr@bsc-group.az e-mail ünvanına göndərə bilərlər.
Other vacancies in this category
| Position | Employer | Duration |
|---|---|---|
| Satış məsləhətçisi | Aral Group | 2026-03-12 - 2026-04-12 |





