Baku
Departament: Maliyyə
Hesabat verir: Maliyyə Direktoru
Vəzifə üzrə xülasə
- Maliyyə komandamıza diqqətli və yüksək təşkilati bacarığı olan Kreditor borclar və ödənişləri üzrə mühasib axtarırıq. Bu vəzifədə siz şirkətimizin kreditor borclarının emalı üzrə tam işi idarə edəcəksiniz. Qaimələrin sifarişlər və təhvil-təslim aktları ilə üzləşdirilməsi, həftəlik ödənişlərin həyata keçirilməsi və ayrı-ayrı restoranlar səviyyəsində xərclərin uçotu sizin məsuliyyətinizdə olacaq.
- İdeal namizəd restoran biznesinin dinamikasını anlayan, böyük həcmdə qaimələrlə işləmək təcrübəsinə malik olan və əsas xərclərin dəqiq və aktual uçotunu aparmağı bacaran şəxsdir.
Öhdəliklər:
Qaimələrin (hesab-fakturaların) emalı və üçtərəfli üzləşdirmə
- Təchizatçılardan daxil olan qaimələrin gündəlik yoxlanılması, xərc maddələrinə bölünməsi və sistemə daxil edilməsi.
- "Ərzaq", "İçki" və "Təsərrüfat/əməliyyat malları" kateqoriyaları üzrə üçtərəfli üzləşdirmənin (Satınalma sifarişi / Restoranın mədaxil qaiməsi / Təchizatçının hesab-fakturası) aparılması.
- Uyğunsuzluqları vaxtında aşkar etmək üçün qaimələrdəki qiymətlərin müqavilələrə və təchizatçıların qiymət cədvəllərinə uyğunluğunun yoxlanılması.
- Müxabirləşmənin müvafiq maddələrinə, departamentlərə və konkret filiallara (restoranlara) düzgün aid edilməsi.
Təchizatçılarla iş, ödənişlərin icrası və borcların izlənilməsi
- Kreditor borclarının yaşlandırılması (AP Aging) və gecikmiş borcların izlənilməsi.
- Gözlənilən ödənişlərin cash flow forecast-a təqdim edilməsi.
- Təchizatçıların məlumat bazasının (ödəniş şərtləri və bank rekvizitləri daxil olmaqla) aparılması.
- Pul vəsaitlərinin hərəkətinə nəzarət etməklə planlaşdırılmış həftəlik ödəniş reyestrlərinin, bank köçürmələrinin və elektron ödənişlərin formalaşdırılması və icrası.
- Təchizatçılarla aylıq üzləşdirmə aktlarının tərtibi, mübahisəli məsələlərin operativ həlli, nəzərdən qaçmış güzəştlərin/kredit-notaların və nəzərə alınmamış ödənişlərin uçotu.
- Etibarlı tərəfdaşlıq münasibətlərini saxlamaq üçün təchizatçılarla peşəkar işgüzar yazışmaların və ünsiyyətin aparılması.
Digər şöbələrlə qarşılıqlı əlaqə
- Faktiki daxil olmuş malları, kredit-notaları və xırda nağd xərclər üzrə hesabatları yoxlamaq üçün restoranların rəhbər heyəti ilə sıx əməkdaşlıq.
- Əməkdaşların avans hesabatlarının emalı və korporativ bank kartları üzrə xərclərin üzləşdirilməsi.
- Restoranların xırda nağd xərclərinə həftəlik nəzarət və onların xərc maddələri üzrə düzgün təsnifləşdirilməsi.
Ayın bağlanması və standartlara əməl olunması
- Ayın bağlanması prosedurlarında, o cümlədən hesablanmış kreditor borclarının və gələcək dövrlərin xərclərinin uçotunda iştirak.
- Kreditor borclarının analitik uçotunun hər ay General Ledger ilə üzləşdirilməsi.
- Zəruri ilkin sənədləri təqdim etməklə daxili və xarici auditorlara yoxlamalar zamanı köməklik göstərilməsi.
Tələblər
- Təhsil: Mühasibatlıq, maliyyə və ya əlaqəli sahələr üzrə ali təhsil (və ya ekvivalent praktiki iş təcrübəsi).
- İş təcrübəsi: Kreditor borclarının işinin aparılması üzrə 2 ildən 4 ilə qədər təcrübə. İctimai iaşə (restoran), hospitality və ya pərakəndə satış (retail) sahəsində iş təcrübəsi böyük üstünlükdür.
- Proqram bilikləri: Microsoft Excel üzrə yüksək biliklər (VLOOKUP / ВПР, Pivot Tables / Сводные таблицы).
Əsas bacarıq və kompetensiyalar:
- Məlumatların daxil edilməsi zamanı yüksək diqqətlilik və dəqiqlik.
- Qaytarılma qaimələrini/kredit-notaları razılaşdırmaq və restoran menecerləri ilə effektiv işləmək üçün inkişaf etmiş ünsiyyət bacarıqları.
- Yüksək iş intensivliyi şəraitində prioritetləri müəyyən etmək, həftəlik və aylıq dəqiq vaxt çərçivələrinə (deadlines) əməl etmək bacarığı.
İş şəraiti
- İş yeri: "Pizza Mizza" Baş Ofisi
- İş qrafiki: həftənin 5 günü, 09:00-18:00
- "Pizza Mizza" restoranlarında korporativ işçi endirimləri.
Maraqlanan namizədlər hr@pizzamizza.az elektron poçt ünvanına “Kreditor borclar və ödənişləri üzrə mühasib” başlığı ilə CV göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.



