Layihə koordinatoru
Business Insight Duration: 2023-12-26 - 2024-01-26
View count: 806 Vacancy № 1011778
City:

Baku


“Business Insight IRG” şirkətinin Müştəri Loyallığı Departamentində Layihə koordinatoru vəzifəsi üzrə  aktiv vakansiya var.

Tələblər:

  • Ali təhsil;
  • Yaş həddi: 22-35;
  • Microsoft proqramlarında işləmək bacarığı;
  • Yüksək səviyyədə ünsiyyət və təşkilatçılıq bacarığı;
  • Kollektivdə işləmək bacarığı;
  • Marketinq və marketinq kommunikasiya bilikləri;
  • Ölkədaxili ezamiyyətə çıxış imkanlarının sərbəst olması;
  • Rus və İngilis dil biliklərinin ən azı orta səviyyədə olması mütləqdir;
  • Araşdırmaya meyilli olmaq;
  • Problem həlletmə qabiliyyətinin yüksək olması;
  • Rəqəmsal loyallıq və müştəri sədaqəti proqramları üzrə bilik və bacarıqların olması arzuolunandır.

İş öhdəlikləri:

  • Tədbirlərin təşkil olunması və idarəolunması;
  • Bölgə üzrə təyin olunuş regional nümayəndələrlə əlaqə saxlamaq, mövcud vəziyyətlə maraqlanmaq;
  • Layihə icrası və kampaniyaların keçirilməsi proseslərinin koordinasiya olunması;
  • Layihələrin idarəolunması zamanı, zəruri hallarda günəmuzd əməkdaşların cəlb olunması;
  • Marketinq və müştəri loyallığı üzrə təklif və ideyaların verilməsi;
  • Rəqəmsal loyallıq,  marketinq və marketinq kommunikasiya alətlərinin, eləcədə kampaniyaların idarəolunması;
  • Kampaniya / müsabiqələrin təşkil olunması və həyata keçirilməsi;
  • Layihə rəhbəri tərəfindən qoyulan tapşırıqların təyin olunan zaman içərisində icrası;
  • Hesabatların yazılı qaydada PPT təqdimat və digər yazılı üsullarla təqdim ollunması.

İş şəraiti:

  • Öyrədici və inkişafameyilli iş mühiti.
  • Əmək qanunvericiliyinə uyğun sənədləşdirmə;
  • İş vaxtı həftədə 6 gün;
  • Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.

Maraqlı olan namizədlər öz CV-lərini saltanat.q@businessinsight.az ünvanına “Layihə koordinatoru” başlığı altında göndərə bilərlər.