Logistika üzrə satış meneceri
TEZ Logistics MMC
Duration: 2024-05-06 - 2024-06-06

View count: 758
Vacancy № 1012145
City:
Baku
Tələblər:
- MS Office; (Word, Excel, PowerPoint, Outlook və s.);
- Dil bilikləri: Azərbaycan dili – Ana dili, təkliflər təqdim etmək
- AR Gömrük və nəqliyyat qanunvericiliyinin və logistika sahəsində fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərini bilməlidir;
- Coğrafi, riyazi və məntiqi biliklər;
- Müasir Logistika İdarəetmə Sistemini bilmək;
- Təchizat, nəqliyyat, anbar, satış və maliyyə sənədlərinin qeydiyyatı üçün tələbləri bilməlidir;
- Güclü ünsiyyət (həm şifahi, həm də yazılı), problem həll etmə və qərar vermək bacarığı;
Öhdəliklər:
- Şirkətin logistika üzrə xidmətlərinin satışını təmin etmək;
- Bazarın aktual qiymət siyasətini təhlil etmək;
- Cari və perspektivli müştərilər üçün təkliflər təqdim etmək və güclü əlaqələri daimi inkişaf etdirmək;
- Kommersiya təkliflərini və təqdimatlarını hazırlamaq;
- Mümkün qədər görülmüş işlə bağlı yaranmış problemləri anındaca həll etmək;
- Daim yeni müştəri, icraçı axtarışında olmaq;
- Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması;
- Nəqliyyatın planlaşdırılması, nəqliyyat dəyərinin hesablanması və sifarişi;
- Ağırtonnajlı yük maşınları və ağır tikinti texnikaları olan avtoparkın idarə olunması;
- Nəqliyyatla bağlı uçotun aparılmasına və hər ayın sonunda hesabatların verilməsinə nəzarət etmək;
- Yüklərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək, gündəlik marşrutlara nəzarət və vaxtında çatdırılmasını təmin etmək üçün marşrut planlarını təkmilləşdirilməsi;
- Daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, daşınması, yerləşdirilməsi, saxlanılması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət;
- Daşınma xərclərinin effektivliyini artırmaq üçün yüklərin geopozisiyasını regionlara görə optimallaşdırmaq;
- Daşınma xərci, sığorta və gömrük rüsumları barədə məlumatların müəyyən olunması və ödənişlərin vaxtında icrasına nəzarət;
- İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatları hazırlamaq və prosesə nəzarət etmək;
- Nəqliyyat və gömrük sənədləri ilə bağlı bütün zəruri icazələrin hazırlanması;
- Günlük əməliyyatların idarə edilməsi və optimallaşdırılması;
- Rəhbərliyin tələbinə əsasən aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi.
İş şərtləri:
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun müsahibə zamanı müəyyən olunur.
- İş rejimi: 5 günlük iş həftəsi
- İş saatı: 09:00-18:00
- Nahar: Şirkət tərəfindən təmin edilir
- Korporativ mobil nömrə ilə təmin edilir.
- İş yeri: Hökməli qəsəbəsi, Bakı-Şamaxı Şossesi 15-ci km
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini “Logistika üzrə satış meneceri” adını qeyd etməklə resume@tezlogistics.az elektron ünvanına göndərə bilərsiniz. Tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Other vacancies in this category