Maddi əmtəə dəyərlərinin uçotu şöbəsinin mütəxəssisi
Unibank Duration: 2026-11-07 - 2026-12-07
View count: 150 Vacancy № 1015941
City:

Baku


Təsvir

  • Ölkədaxili və xarici ezamiyyət xərclərini təsdiqedici sənədlər əsasında yoxlamaq və 1C sistemində uçota almaq;
  • Bankın balansında olan avtomobillərlə bağlı təmir, texniki xidmət, ehtiyat hissələri və yanacaq xərclərinə nəzarət etmək, müvafiq ödənişləri və sənədləşməni təmin etmək, dövri hesabatlar hazırlamaq;
  • Yeni əldə edilmiş əsas vəsaitlər üzrə sənədləri yoxlamaq, onları 1C sistemində uçota almaq və ilkin cədvəlləri hazırlamaq;
  • 1C sistemində əsas vəsaitlər üzrə struktur bölmələrə uyğun hesabatlar formalaşdırmaq;
  • Sənədlərin düzgün arxivləşdirilməsini və saxlanılmasını təmin etmək;
  • Sənədlərin rəqəmsallaşdırılması, inventarizasiya və digər rutin proseslərin optimallaşdırılmasında iştirak etmək;
  • Zərurət yarandıqda, bankın filiallarında inventarizasiya aparmaq məqsədilə ölkədaxili ezamiyyətlərdə iştirak etmək.

Tələblər

  • Ölkədaxili ezamiyyətlərə getmək imkanı (filiallarda inventarizasiya işlərinin aparılması məqsədilə).
  • Rus dilini sərbəst bilmək;
  • MS Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı;
  • 1C proqramı üzrə biliklər (iş təcrübəsi arzuolunandır);
  • Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsi üzrə bakalavr təhsili.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.