Maliyyə direktoru
Hacıqabul Quşçuluq
Duration: 2025-02-19 - 2025-03-19

View count: 189
Vacancy № 1013244
City:
Hajigabul
İşin təsviri:
- Şirkətin maliyyə strategiyasını formalaşdırmaq və həyata keçirmək;
- Maliyyə axınlarını və büdcəni idarə etmək, xərclərin optimallaşdırılmasını təmin etmək;
- Maliyyə hesabatlarının (gəlir və xərclər, balans hesabatları) hazırlanmasına nəzarət etmək və rəhbərliyə təqdim etmək;
- Vergi, audit və maliyyə nəzarəti proseslərini təşkil etmək;
- Kapital və investisiya planlamasını həyata keçirmək;
- Banklar, kreditorlar və digər maliyyə qurumları ilə əməkdaşlığı koordinasiya etmək;
- Risklərin təhlili və idarə edilməsi proseslərini təşkil etmək;
- Mühasibatlıq və maliyyə komandası ilə birgə işləyərək düzgün uçot sistemini təmin etmək;
- Şirkətin maliyyə göstəricilərinin inkişafına töhfə vermək üçün analitik təhlillər aparmaq.
Tələblər:
- Yaş həddi : 35-50 yaş arası
- Çins : Bəy namizəd
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil;
- Maliyyə idarəçiliyi sahəsində ən azı 5 il iş təcrübəsi (istehsalat sahəsində təcrübə üstünlükdür);
- Beynəlxalq maliyyə standartları (IFRS) və yerli vergi qanunvericiliyi üzrə biliklər;
- MS Office, 1C, ERP sistemləri ilə işləmə bacarığı;
- Güclü analitik düşünmə və strateji planlaşdırma bacarığı;
- Rəhbərlik və komanda idarəetmə bacarığı;
- Stressə davamlılıq və operativ qərarvermə qabiliyyəti;
- İngilis və rus dillərini bilmək üstünlükdür.
- Nahar şirkət tərəfindən təmin edilir;
- Mobil xərclər şirkət tərəfindən qarşılanır;
- Servis mövcüddur ( Bakı şəhəri, Hacıqabul,Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir );
- Əmək haqqı : Müsahibə əsasında.
Əgər siz maliyyə sahəsində təcrübəyə malik və dinamik bir mühitdə işləməyi hədəfləyirsinizsə, komandamıza qoşulmaq üçün CV-nizi və əlaqə məlumatlarınızı haciqabulqusculuq.hr@gmail.com elektron poçtuna göndərin.
Other vacancies in this category