Mühasib
Meqa Sığorta ASC
Duration: 2025-01-14 - 2025-02-15

View count: 236
Vacancy № 1012887
City:
Baku
İşin təsviri:
- Mühasibat uçotu qaydalarına uyğun muxabirləşmələrin verilməsi.
- Sınag balansının hazırlanması.
- Dövlət orqanlarına və Mərkəzi Banka hesabatların verilməsi.
- Müştərilərlə üzləşmələrin həyata keçirilməsi və müvafiq aktların bağlanması.
- Əsas vəsaitlərin və inventarizasiya uçotunun aparılması.
- Hesabatların Beynəlxalq uçota uyğun (İFRS) hazırlanmasında iştirak
- Vəzifə təlimatına uyğun digər işlərin yerinə yetirilməsi.
Tələblər: - Təhsil: Ali (Mühasibatlıq və Maliyyə ixtisası).
- Maliyyə üzrə beynəlxalq sertifikatlar (ACCA).
- Vergi Məcəlləsini, Əmək Məcəlləsini, Sığorta Fəaliyyəti haqqında Qanunu, Milli Mühasibat uçotu standartlarını və digər tənzimləyici sənədləri bilmək.
- Sığorta sahəsində 3 illik iş təcrübəsi.
- Dil bilikləri: Azərbaycan, İngilis dili B2.
- Kompüter bacarıqları: MS Word və MS Excel – sərbəst istifadəçi. Elektron portallarla işləmək bacarığı.
- Şəxsi və işgüzar keyfiyyətləri: İnkişaf yönümlü, dəqiq, məsuliyyətli, operativ, təmkinli, analitik düşüncəli, yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları ilə.
Əmək şəraitinin şərtləri:
- Əmək haqqı: 700 manat.
- İş vaxtı: 5 günlük iş həftəsi saat 09:00-dan 17:45-dək, cümə günü saat 17:00-dək.
- Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlara uyğun verilir.
- Tibbi sığorta təminatı.
- Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşulmaq imkanı.
- “Meqa Sğorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.
Zəhmət olmasa mövzu bölməsində “ Mühasib ” qeyd etməklə CV-nizi hr@meqasigorta.az e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət alacaq.
Other vacancies in this category
Other vacancies of this employer