Mühasib
Melissa Group
Duration: 2026-05-21 - 2026-06-21
View count: 58
Vacancy № 1015460
City:
Baku
Vəzifə öhdəlikləri:
- Malların maya dəyərinin hesablanmasının həyata keçirilməsi;
- Kreditorlar və debitorlarla üzləşmə aktlarının yoxlanılması və yaranan problemlərin araşdırılması;
- Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsi;
- Əmək haqqı hesablamalarının və kadr üzrə mühasibat əməliyyatlarının icrasının təmin edilməsi;
- Müqavilələrin, protokolların, təhvil- təslim aktlarının, hesab fakturaların və digər sənədlərin hazırlanması və Elektron Qaimə Fakturaların göndərilməsi;
- Xidmət alışı sənədlərinin, bank çıxarışlarının və kassa məxaric tələb sənədlərinin yoxlanılıb 1C proqram təminatına daxil olunması;
- Təhtəlhesab şəxslərlə hesablaşmalar, verilən hesabatların 1C proqram təminatına işlənilməsi;
- Baş mühasib tərəfindən tapşırılan digər işlərin vaxtında və düzgün formada icrası;
- Müəssisədaxili prosedur və maliyyə intizamına riayət olunması.
Vəzifə ilə bağlı tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadi yönümlü sahədə ali təhsil;
- Mühasibatlıq sahəsində ən azı 1 illik iş təcrübəsi;
- MS Office və 1C ERP proqramlarından istifadə bacarıqları;
- İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
- Mühasibatlıqla bağlı yerli qanunvericilik və vergi məcəlləsi üzrə biliklər;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı;
- Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi;
- Peşəkar mühasib sertifikatının və Beynəlxalq mühasibatlıq sertifikatlarının olması üstünlükdür.
Əlavə məlumat
- Əməkhaqqı: 1000 – 1200 AZN
- İş rejimi: 5 günlük iş qrafiki (Şənbə və Bazar günləri istirahət günləridir).
- İş saatları: 10:00-19:00
- İş yeri: Melissa Groupa daxil olan şirkətlərdən biri
Uyğun namizədlər CV-lərini hr@melissagroup.az düyməsində qeyd olunan elektron poçt ünvanına "Mühasib" başlığı ilə göndərə bilər.
Other vacancies in this category
Other vacancies of this employer
| Position | Employer | Duration |
|---|---|---|
| İnsan resursları üzrə baş mütəxəssis (tikinti üzrə) | Melissa Group | 2026-04-30 - 2026-05-30 |





