Mühasib (İnfrastruktur Departamenti)
Azərbaycan Dəmir Yolları QSC
Duration: 2025-03-07 - 2025-03-18

View count: 487
Vacancy № 1013385
City:
Baku
İşin təsviri:
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
- Əsas vəsaitlərin uçotunu aparmaq, mədaxili, yerdəyişməsi və silinməsini sənədləşdirmək.
- İnventarizasiyanın aparılmasında və sənədləşdirilməsində iştirak etmək;
- Mühasibatlıq sənədlərinin 1C mühasib proqramına daxil etmək;
- Hesabatın hazırlanması üçün tabeli təşkilatlardan məlumatı toplamaq və təhlil etmək;
- Ezamiyyətə gedən işçilərin gündəlik və kommunal xərclərinin ödənilməsi üçün ezamiyyə vərəqələrinə uyğun hesabatı işçilərdən qəbul etmək və nəzarəti həyata keçirmək;
- Departamentin anbarı üzrə mal-materialların uçotunu aparmaq, sahələr üzrə mal-material hesabatların qəbul etmək və yoxlamaq;
- Materialların, yanacağın, pul vəsaitlərinin sərf olunmasının düzgünlüyünə nəzarət etmək.
Tələblər:
- Təhsil: Ali (maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya müvafiq digər sahə);
- İş təcrübəsi: Ən azı 1 il;
- Azərbaycan Respublikasının Mühasibat uçotu haqqında qanunu və digər qanunvericilik aktları
- Mühasibat hesabının metod və formaları, uçot və hesabatı;
- Hesabatların plan və korrespondensiyası;
- Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkili Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydaları;
- Hesablama texnikasının istismarı qaydaları;
- Diqqətlilik, analiktik düşüncə və peşəkar ehtiyatlılıq bacarıqları;
- Kompüter biliyi: Microsoft Office və 1C proqramlarında sərbəst işləmək;
- Dil biliyi: Azərbaycan dilində mükəmməl yazı və danışıq, İngilis və ya Rus dili bilikləri üstünlükdür.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/ady/ady-muhasib-infrastruktur-departamenti-3347/apply
Other vacancies in this category
Other vacancies of this employer