Müştəri əlaqələri üzrə menecer
Sinteks Group of Companies Duration: 2026-04-22 - 2026-05-22
View count: 254 Vacancy № 1015398
City:

Baku


Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsi və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsi xahiş olunur.

Vəzifənin rolu:

CRM Meneceri şirkətin müştəri əlaqələrinin idarəedilməsi strategiyalarının hazırlanması və həyata keçirilməsinə cavabdehdir. O, CRM sistemini idarə edir, müştəri məlumatlarından effektiv istifadəni təmin edir və müştəri sadiqliyini və əlaqəsini artırmaq məqsədilə təşəbbüslər həyata keçirir. CRM Meneceri marketinq komandası, satış bölməsi və mağaza heyəti ilə sıx əməkdaşlıq edərək şirkətin biznes məqsədlərinə uyğun CRM planları hazırlayır və icra edir. Müştəri seqmentasiyasının düzgün aparılmasını, məlumatların toplanmasını, birbaşa marketinq fəaliyyətlərinin dəstəklənməsini və müştəri münasibətlərinin gücləndirilməsini təmin edir, həmçinin mağaza heyəti üçün CE/CX (Müştəri Təcrübəsi) üzrə təlimlər həyata keçirir.

Vəzifə öhdəlikləri:

CRM strategiyası və icrası:

  • Müştəri sadiqliyi, saxlanılması, ömürlük dəyəri və ümumi mükəmməl müştəri təcrübəsini artırmaq məqsədilə effektiv CRM strategiyaları hazırlamaq və tətbiq etmək;
  • CRM sisteminin inkişafı, texniki xidmət və dəyişikliklərinə nəzarət etmək, onun biznes ehtiyaclarına uyğunluğunu və marketinq strategiyasına dəstək verdiyini təmin etmək;
  • Müştəri seqmentasiyası, biznes ehtiyacları və məlumat analizi əsasında hədəfli CRM kampaniyaları hazırlamaq və həyata keçirmək.

Məlumatların idarəedilməsi və problemlərin həlli:

  • Fərdiləşdirilmiş marketinq təşəbbüslərini dəstəkləmək üçün müştəri məlumatlarının toplanması, təhlili və istifadəsini idarə etmək; CRM məlumatlarının digər biznes sistemləri və platformaları (e-mail marketinq, avtomatlaşdırma, sosial media texnologiyaları və s.) ilə inteqrasiyasını təmin etmək;
  • CRM komandası ilə birlikdə müştəri şikayətləri, problemləri və digər geribildirimlərin həllinə rəhbərlik etmək;
  • Məlumat əsaslı CRM planlarını marketinq komandası və mağaza satış heyəti üçün gücləndirici təlimlərə inteqrasiya edərək ümumi müştəri təcrübəsinin artırılmasına töhfə vermək.

Komanda idarəçiliyi və əməkdaşlıq:

  • CRM strategiya və kampaniyalarının effektiv həyata keçirilməsi məqsədilə CRM Administrator(lar)ı üçün iş həcmini müəyyənləşdirmək, onlara rəhbərlik və mentorluq etmək;
  • Marketinq, satış və İT daxil olmaqla müxtəlif funksional komandalarla əməkdaşlıq edərək CRM təşəbbüslərinin bütün biznes bölmələrində ardıcıl şəkildə tətbiqini təmin etmək;
  • CRM üzrə ən yaxşı təcrübələr, alətlər, müştəri təcrübəsi və texnologiyalar sahəsində bütün komanda üzvlərinə, o cümlədən mağaza satış heyətinə təlim və dəstək göstərmək.

Professional biliklər:

  • Güclü strateji planlaşdırma və layihə idarəetmə bacarıqları;
  • CRM sistemləri və alətləri ilə işləmək bacarığı (məsələn, 1C, Salesforce, HubSpot);
  • Əla məlumat analizi və hesabat hazırlama bacarıqları;
  • Güclü kommunikasiya və liderlik bacarıqları;
  • Müştəri seqmentasiyası, sadiqlik proqramları və münasibət marketinqi haqqında dərin anlayış;
  • Sürətli və dinamik mühitdə işləmək və çoxsaylı vəzifələri idarə etmək bacarığı.

Təhsil:

  • Marketinq, Biznesin idarə edilməsi, Kommunikasiya, Data analitikası və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi, və ya
  • Marketinq, CRM, data analitikası və ya əlaqəli sahələr üzrə beynəlxalq peşəkar sertifikat (məsələn, CIM, PCM, CDMP, Salesforce, HubSpot, Microsoft Dynamics və ya ekvivalent).

İş təcrübəsi:

  • CRM idarəçiliyi sahəsində minimum 5 il iş təcrübəsi (2 ili rəhbərlik səviyyəsində olmaqla)
  • Moda pərakəndə satışı və ya istehlakçı yönümlü sahələrdə iş təcrübəsi üstünlükdür.

Vakansiya ilə maraqlanan namizədlər “Müraciət et” butonuna klik edərək müraciət edə bilərlər.