Müştəri xidmətləri üzrə təmsilçi
Barattson Duration: 2025-10-15 - 2025-11-25
View count: 107 Vacancy № 1014779
City:

Baku


Əsas vəzifə öhdəlikləri:
Qeydiyyat mərkəzində əyləşərək bütün raciət və zəng edənlərə tədris olunan təlimlər haqqında ətraflı və dəqiq məlumat vermək; 
Tələbələri və “Conversationa yaxınlaşanları dərs otaqlarına yönləndirmək;
Səviyyə imtahanını təşkil etmək, keçirmək, yoxlamaq, speakingi təşkil etmək, nəticələri şirkətin daxili sistemə əlavə etmək, nəticəni tələbəyə göndərmək, qrup təyin edilməsi üçün müvafiq əməkdaşa yönəltmək;
Təlimdaxili imtahanları (midterm, final və s.) təşkil etmək, yoxlamaq, test materiallarını çap etmək, speakingləri təşkil etmək, nəticələri daxili sistemə əlavə etmək, tələbələri nəticələrlə bağlı məlumatlandırmaq;
Online dərsə qoşulan tələbələr üçün müəllimlərlə zoom otağının linkini paylaşmaq, recordları tələbələrə göndərmək;
Müəllim və tələbələrin davamiyyətinə nəzarət etmək və sistemə daxil etmək;
Tələbələrə ödənişləri ilə bağlı məlumat vermək və onların ödənişlərini sistemdə izləmək;
CRM faylında müvafiq işləri görmək, qeydlər aparmaq;
Mütəmadi olaraq ödəniş faylını işləmək, hər ayın sonu ay üzrə tamamlanmış hesabatı bölmə menecerinə göndərmək;
Bölmə əməkdaşını lazım olduqda əvəz etmək.

Əsas tələblər:
Ali təhsil;
Yaş aralığı: 22-27 yaş;
Dil bilikləri: Azərbaycan dili -səlis, İngilis Rus dillərini bilmək üstünlükdür;
Kompüter bacarıqları: “Microsoft Office” proqramlarını, xüsusilə Word, Excel, Power Point yaxşı səviyyədə bilmək;
Müştəri xidmətləri sahəsində ən azı 6 ay iş təcrürbəsi.

Şəxsi keyfiyyətlər:
Xoş ünsiyyət;
Səlis nitq qabiliyyəti;
İşə məsuliyyətlə yanaşma;
Insanları inandırma bacarığı;
Çevik işləmək bacarığı.

İş qrafiki: Altı günlük (I-V günlər saat 11:00-19:00, şənbə günü saat 10:00-16:00)
Əmək haqqı: 400 AZN + bonus 
İş yeri: Barattson, 28 May m/st ( Dəmiryol Plaza ofisi)

Namizədlərdən CV formaların  vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı MXT 28 Mayqeyd olunmaqla göndərməkləri xahiş olunur. 

CV-in son göndərilmə tarixi: 25 noyabr 2025-ci il.