Qrafik dizayner
Barattson Duration: 2023-09-21 - 2023-10-11
View count: 1068 Vacancy № 1010965
City:

Baku


Barattson MMC - 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim  verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.  

Barattson Marketinq komandasına  “Qrafik Dizayner” vəzifəsi üzrə vakansiya elan edir:

Marketinq komandamıza qoşulmağa hazırsınız? Əgər yaradıcı düşüncəyə və peşəkar bacarıqlara sahibsinizsə, sizin üçün əla fürsətimiz var.

İşin təsviri:

  • Sizdən digər komandalarla əməkdaşlıq etməyiniz və onların ideya və tələblərini müxtəlif dizayn layihələrinə çevirməyiniz tələb olunacaq
  • Reklam bannerlərinin, veb səhifələrin, şirkət loqolarının, brendinq materiallarının və digər tələblərin dizaynında peşəkar təcrübəyə sahib olmalısınız.

Əsas tələblər:

  • Adobe Creative Suite (Photoshop, Illustrator, InDesign) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı
  • Vizualları peşəkar və effektiv şəkildə hazırlamaq üçün yaradıclıq bacarığı
  • Əla ünsiyyət və kommunikasiya bacarıqları
  • Vaxtı səmərəli idarə etmək və müstəqil işləmək bacarığı
  • Animasiya və veb-dizayn üzrə biliklər üstünlükdür

Şəxsi keyfiyyətlər:

  • Kreativ, yaradıcı (fərqi üslubla işləmək)
  • Çevik işləmək bacarığı 
  • Komandada işləmək bacarığı

Təklif etdiyimiz:

  • Biz sizə yaradıcı iş prosesinin bir parçası olmaq,
  • Dəyərli təcrübə qazanmaq və özünüzü inkişaf etdirmək imkanı təqdim edirik.
  • Həmçinin yüksək keyfiyyətli iş mühiti kimi üstünlüklərdən yararlana biləcəksiniz.

İş qrafiki: 6 iş günü (şənbə qısa iş günü, istirahət günü bazar)

Əmək haqqı:  700-800 AZN

Namizədlərdən CV formaların və portfellərini  vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Qrafik dizayner”qeyd olunmaqla göndərməkləri xahiş olunur.