Satışın təhlili və tədbirləri üzrə Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis
Unibank Kommersiya Bankı
Duration: 2024-12-21 - 2025-01-25

View count: 320
Vacancy № 1012676
City:
Baku
İşin təsviri:
- Birbaşa satış prosesini təşkil etmək,kredit məhsullarının satışını təmin və idarə etmək;
- Bazarın təhlili-məhsullar barədə tələbi müəyyənləşdirmək və məhsul istiqamətləri üzrə satışları təhlil etmək
- Müştəri seqmentlərini əhatə etmək üçün tədbirlər planını hazırlamaq
- Kredit məhsullarının satışına dəstək planının hazırlanmasında iştirak,plan icrasını təmin etmək;
- Satış üzrə hesabatları əldə etmək və araşdırmaq;
- İllik və cari əməliyyat planlarını müəyyənləşdirmək;
- Məhsullar/xidmətlərin göstəriciləri haqqında operativ,keyfiyyətli və fasiləsiz informasiya mübadilələrini təmin etmək;
- Prosedurlarda göstərilmiş qaydalardan kənarlaşmaların aradan qaldırılmasını nəzərdə tutan tədbirləri həyata keçirmək;
- Kredit prosedurunun təkminləşdirilməsi baxımından təkliflər vermək;
- Filiallar tərəfindən yaranmış ehtiyacların ödənilməsi məqsədi ilə,müraciətləri qəbul etmək və aidiyyatı üzrə yönləndirmək,həllinin reallaşdırlması baxımından tədbirlər görmək;
- Pərakəndə məhsullar ilə əlaqəli effektivliyə nəzarət və müvafiq hesabatların təşkili baxımından işləri həyata keçirmək,hesabatlar vermək;
- Rəqib bankların araşdırılması baxımından tədbirlər görmək;
- Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə,fəaliyyətini mövcud Əsasnaməyə,bankdaxili prosedur və qaydalara uyğun həyata keçirmək;
- Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Müvafiq sahə üzrə bakalavr ali təhsili;
- Komputer əla səviyyədə istifadə etmək bacarığı (Windows, MS Office (Word,Excel,Outlook) SQL, Power BI, Python);
- Azərbaycan və Rus dilləri üzrə sərbəst bilik;
- İngilis dili “Intermediate” səviyyədə bilik;
- Kollektivlə ünsiyyət qurmaq bacarığı;
- Verilmiş materiallardam istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
- Müvafiq sahə üzrə pozisiyaya uyğun 6 aydan - 4 ilədək iş təcrübəsi
Müraciət üçün link: Unibank Kommersiya Bankı - Satışın təhlili və tədbirləri üzrə Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis
Other vacancies in this category
Other vacancies of this employer