Satışın təşkili bölməsinin əməliyyat üzrə mütəxəssisi
AzərTürkBank
Duration: 2024-11-25 - 2025-01-04
View count: 373
Vacancy № 1012469
City:
Baku
Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis
İşin təsviri
- Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumat vermək;
- Hüquqi və fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlar həyata keçirmək;
- Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştərilərin hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq icrasını təşkil etmək;
- Bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət etmək, bankın korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirmək;
- Müştəri məmnuniyyətinin əldə olunmasına çalışmaq, daha yaxşı xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq;
- Bölmənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək;
Tələblər
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, bankçılıq və s. əlaqəli ixtisaslar);
- Vəzifəyə uyğun olaraq müvafiq sahədə 1-3 il iş təcrübəsi;
- Səlis Azərbaycan dili biliyi, xarici dil biliyi arzuolunandır;
- MS Office proqramlarında işləmək bacarığı;
- Müştərilərlə yüksək ünsiyyət qurmaq və komanda tərkibində işləmək bacarığı.
Müraciət üçün link: https://qlor.me/m3wz2diz0r
Other vacancies in this category
Other vacancies of this employer