Sığorta məsləhətçisi
Atəşgah Sığorta Duration: 2026-08-31 - 2026-09-30
View count: 30 Vacancy № 1015740
City:

Baku


Uğurlu karyerana doğru ilk addımını bizimlə at!

Sığorta məsləhətçisi vəzifəsinə müraciət etməklə sizi peşəkar komandamıza qoşulmağa dəvət edirik!

Əgər Sən:

  • Ünsiyyət bacarıqlarına güvənirsənsə;
  • Satış sahəsində inkişaf etmək istəyirsənsə;
  • Dinamik və məsuliyyətli birisənsə;
  • Gəlirini öz nəticələrinlə artırmaq niyyətindəsənsə
  • Səni komandamızda görmək istəyirik!

Təhsil: Natamam ali

İş təcrübəsi: 1 ilə kimi

Əsas vəzifə öhdəlikləri:

  • Mövcud müştəri bazasını artırmaq və yeni müştəriləri cəlb etmək;
  • Müştərilərə yüksək səviyyədə xidmət göstərmək;
  • Mövcud müştərilərlə sığorta müqavilələrinin yenilənməsini həyata keçirmək;
  • Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
  • Sığorta müqaviləsinin vaxtında müştəriyə təqdim edilməsinə və sığorta təklifinin detalları, şərtləri barədə ətraflı təlimatlandırılmasına dəstək göstərilmək.

Bilik və Bacarıqlar:

  • Təşəbbüskarlıq;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı;
  • Dəqiqlik və yaranan şəraitə tez reaksiya göstərmək;
  • Öhdəliklərinə məsuliyyətli olmaq;
  • Komanda ilə işləmə bacarığı
  • Dil bilikləri: Azərbaycan dili (əla), əlavə olaraq Rus dili və İngilis dili (arzu olunandır)

Biz təklif edirik:

  • Peşəkar mentor dəstəyi
  • Praktiki təlim proqramları
  • Karyera yüksəlişi imkanları
  • Motivasiyaedici iş mühiti
  • Satış nəticələrinə əsaslanan gəlir sistemi

İş şəraiti

  • Şəhər: Bakı şəhəri
  • İş rejimi: 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • İş vaxtı: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00
  • Maaş: Razılaşma yolu ilə

Maraqlanan namizədlər öz CV-lərini job@ateshgah.com elektron poçt ünvanına göndərə bilərlər. CV göndərərkən mövzu hissəsində “Sığorta məsləhətçisi” qeyd etməyiniz xahiş olunur.