Telesatış üzrə Mütəxəssis
Baku Holiday Travel
Duration: 2026-11-23 - 2026-12-23
View count: 15
Vacancy № 1015992
City:
Baku
Telesatış sahəsində təcrübəniz varsa, gün ərzində çoxlu zəngi rahat idarə edə bilirsinizsə və müştəri müraciətini satışa çevirməyi bacarırsınızsa, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri
- Daxil olan zəngləri və onlayn müraciətləri (WhatsApp, sosial media, veb-sayt) qəbul etmək, müştərinin ehtiyacını müəyyənləşdirmək
- Marketinq kampaniyalarından, veb-sayt formalarından və digər mənbələrdən gələn lidlərə müəyyən olunmuş müddətdə geri zəng etmək
- Müştəriyə uyğun səyahət təklifi hazırlamaq: tur paketləri, aviabilet, otel, transfer, sığorta, viza dəstəyi
- Qiymət, mövcudluq, ödəniş, ləğv və dəyişiklik şərtlərini yalnız təsdiqlənmiş məlumat əsasında müştəriyə aydın izah etmək
- Sığorta, transfer, ekskursiya kimi əlavə xidmətləri təklif etmək (cross-sell / up-sell)
- Fərdi satış planını icra etmək
- Bütün zəngləri, müraciətləri və satış mərhələlərini CRM sistemində tam və vaxtında qeyd etmək
- Bron və ödəniş məlumatlarını müvafiq əməliyyat bölməsinə düzgün ötürmək, təsdiq alındıqdan sonra müştərini məlumatlandırmaq
- Satışla bitməyən müraciətlər üzrə müştəri ilə təkrar əlaqə saxlamaq (follow-up), əvvəlki müştərilərə yeni təkliflər etmək
- Zəng skriptlərinə və xidmət standartlarına əməl etmək, keyfiyyət yoxlamalarında iştirak etmək
Namizədə tələblər
- Telesatış, call-center və ya birbaşa satış sahəsində minimum 1 il iş təcrübəsi (turizm sahəsində təcrübə üstünlükdür)
- Ali və ya orta ixtisas təhsili (turizm, marketinq və ya biznes üzrə təhsil üstünlükdür)
- Əsas səyahət məhsulları və istiqamətlər haqqında anlayış
- CRM sistemləri və ofis proqramları ilə işləmə bacarığı
- Aydın və inandırıcı ünsiyyət, aktiv dinləmə və etirazlarla işləmə bacarığı
- Nəticəyönümlülük və gərgin iş tempində işləyə bilmək
- Azərbaycan və Rus dillərini sərbəst bilmək (ingilis dili üstünlükdür)
- Rezervasiya sistemləri ilə işləmə təcrübəsi üstünlükdür
İş şəraiti
- İş qrafiki: Tam iş günü
- Rəqabətli əmək haqqı və satış nəticələrinə görə bonus
- İşə başlayanda məhsul və satış üzrə təlim
- Peşəkar və dinamik komanda mühiti
- Karyera inkişafı və beynəlxalq turizm sahəsində inkişaf perspektivi
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində "Telesatış üzrə Mütəxəssis" qeyd etməklə hr@bht.az elektron poçt ünvanına göndərə bilərlər.
Other vacancies in this category
| Position | Employer | Duration |
|---|---|---|
| Korporativ satış üzrə menecer | Melissa Group | 2026-11-18 - 2026-12-18 |