Tibbi və səfər sığortası departamentinin rəhbəri
Paşa Sığorta Duration: 2026-06-02 - 2026-07-02
View count: 36 Vacancy № 1015481
City:

Baku


PAŞA Sığorta ASC namizədləri Tibbi və səfər sığortası departamentinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Tibbi və səfər sığortası departamentinin rəhbəri kimi, siz departamentin strateji və əməliyyat fəaliyyətinə rəhbərlik edəcək, tibbi və səfər sığortası portfelinin dayanıqlı inkişafını, effektiv idarə olunmasını və müştərilərə yüksək keyfiyyətli xidmətin təşkilini təmin edəcəksiniz. Bu vəzifə şirkətin maliyyə göstəricilərinin və tibbi xərclərin optimizasiyası, işçi heyətinin inkişafı və sığorta əməliyyatlarının monitorinqi baxımından mühüm əhəmiyyət daşıyır.

Öhdəliklər

  • Departamentin gündəlik idarə olunmasını və məsələlərin operativ həllini təmin etmək
  • İş prosesində istifadə olunan sənədlərin hesabatının aparılması və monitorinqi üzrə effektiv sistemin hazırlanması və tətbiqi
  • Departament işçiləri arasında düzgün və effektiv iş bölgüsünün aparılması və əməkdaşların işinə nəzarət etmək
  • Departamentin fəaliyyətinin və keyfiyyətinin artırılması məqsədilə effektiv idarəetmə üsullarını tapmaq və tətbiq etmək, KPI və performans göstəricilərini müəyyənləşdirmək və monitorinqini aparmaq
  • Tibbi sığorta üzrə büdcənin planlaşdırılması və maliyyə göstəricilərinin idarə olunması
  • Tibbi xidmət xərclərinin analizini və optimizasiyası üzrə tədbirlərin təmin olunması
  • Sığorta növləri üzrə zərərlilik, risklərin akkumulyasiyası, tarif siyasətində dəyişikliklər və rəqib şirkətlərin anderaytinq fəaliyyətinin müqayisəli təhlili üzrə hesabat və məruzələrin hazırlanması və rəhbərliyə təqdim edilməsi

Bilik və Bacarıqlar

  • Məntiqi təfəkkür və analitik düşüncə
  • Yüksək kommunikasiya bacarıqları
  • İdarəetmə və koordinasiya bacarıqları
  • Planlaşdırma və təşkilatçılıq bacarıqları
  • Performans və KPI idarəetmə metodologiyaları üzrə biliklər
  • Sığorta sahəsində sənədləşmə və hesabatlılıq üzrə biliklər
  • Dil bilikləri: Azərbaycan, İngilis, Rus

Təhsil və Təcrübə

  • Ali təhsil (üstünlük tibb və səhiyyənin idarə edilməsi sahələrinə verilir. İqtisadiyyat, maliyyə, biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə)
  • Tibbi sığorta, səhiyyə idarəetməsi və ya sığorta sahəsində əlavə təlim və sertifikatlar arzuolunandır.
  • Minimum 5 il iş təcrübəsi, o cümlədən azı 3 il rəhbər idarəçi kimi təcrübə

Bizim Təklifimiz

  • Peşəkar və dəstəkləyici komandada çalışma imkanı
  • Fərdi və peşəkar inkişaf üçün geniş imkanlar
  • Şirkətin inkişafında və innovativ layihələrdə iştirak etmək imkanı
  • Şəffaf və açıq korporativ mədəniyyət
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır


Other vacancies in this category