Xəzinədar
Radius Təkər Mərkəzi
Duration: 2026-03-04 - 2026-04-04
View count: 291
Vacancy № 1015286
City:
Baku
Tələblər:
- Cinsi: Qadın;
- Yaş həddi: 20-35;
- Orta ixtisas və ya ali təhsil;
- Rus dilini bilənlərə üstünlük veriləcək;
- Kassir və ya mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi;
- 1C, POS-terminal və digər kassa proqramlarında işləmək bacarığı;
- Dürüstlük, məsuliyyət, dəqiqlik və diqqətlilik;
- Yüksək ünsiyyət bacarığı və müştəriyönümlü yanaşma;
- Komandada işləmək bacarığı.
Öhdəliklər:
- Kassa və maliyyə əməliyyatları:
- Nağd və qeyri-nağd ödənişlərin (POS-terminal, nağd pul, bank köçürməsi və s.) qəbulu və düzgün uçotunun aparılması;
- Mədaxil və məxaric orderlərinin tərtibi və məlumat bazasına əlavə olunması;
- Günlük kassa qalığının və hesabatların düzgünlüyünün yoxlanılması, nəticələrin mühasibatlığa təqdim edilməsi;
- Kassada olan pul və qiymətli kağızların qorunması qaydalarına riayət edilməsi;
Sənədləşmə və hesabatlılıq:
- Qaimə, təhvil-təslim aktlarının və sığorta blanklarının arxivləşdirilməsi və uçotunun aparılması;
- Kassa aparatının fasiləsiz fəaliyyətinə nəzarət və texniki xidmətə vaxtında məlumat verilməsi;
- Əskinaz yoxlayan və hesablayan cihazlardan düzgün istifadə, saxta əskinazların vaxtında aşkarlanması;
Müştəri xidməti və kampaniyalar:
- Müştəri ödənişlərinin qəbulu və təsdiq sənədlərinin təqdim olunması;
- “Radius+” loyallıq proqramı çərçivəsində kartların verilməsi;
- Müştəri məlumatlarının və əməliyyatlarının məxfiliyinə ciddi riayət olunması;
- Kommersiya sirrinin qorunması.
İş şəraiti:
- İş qrafiki: növbəli;
- İş rejimi: Həftənin 6 günü; istirahet günü həftə içi;
- İş yeri: Babək pr., M.H.Kazımov küç., 8;
- Əmək haqqı: 600 AZN;
- Əmək münasibətləri: rəsmi əmək müqaviləsi əsasında;
- Nahar şirkət tərəfindən qarşılanır;
- Şirkət: Radius Təkər Mərkəzi.
Maraqlanan namizədlər CV-ni “Xəzinədar” mövzusu ilə hr@radius.az düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Other vacancies in this category
| Position | Employer | Duration |
|---|---|---|
| Xəzinədar | Azera Holding | 2026-03-31 - 2026-04-30 |





