Aktuari üzrə baş mütəxəssis
Xalq Sığorta
Период: 2026-04-23 - 2026-05-23
Количество просмотров: 35
Вакансия № 1015400
Город:
Баку
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil ( Riyaziyyat, statistika, maliyyə, aktuar elmləri və ya oxşar sahə);
- Dil bilikləri- Azərbaycan dili səlis, İngilis dili işgüzar səviyyədə;
- Minimum 3 il iş təcrübəsi ( Aktuar və ya sığorta sahəsində );
- Kompüter bilikləri: MS Excel ( yüksək səviyyə ), SQL, R və ya Python ( arzuolunandır), böyük həcmli məlumatların emalı və statistik təhlili;
- Yerli və Beynəlxalq aktuar sertifikatları üzrə imtahanların mərhələləri üstünlükdür;
- Analitik və strateji düşüncə, məsuliyyətlilik, detallara diqqət, qərarvermə bacarığı, təşəbbüskarlıq, komanda ilə işləmək bacarığı.
İş haqqında məlumat:
- Sığorta ehtiyatlarının adekvatlığının qiymətləndirilməsi üzrə analitik modellərin qurulması və nəticələrin təhlili;
- Aktuar fərziyyələrin və hesablama metodlarının əsaslandırılması, alternativ yanaşmaların qiymətləndirilməsi;
- Sığorta ehtiyatları üzrə nəticələrin dövrlərarası müqayisəsi və dəyişikliklərin səbəb amillərinin müəyyən edilməsi;
- Böyük həcmli məlumatların emalı, statistik təhlili və aktuar modellərin tətbiqi və təkmilləşdirilməsi;
- Risk, zərərlilik və gəlirlilik göstəricilərinin hesablanması və portfel performansının təhlili;
- Ssenari analizləri, stress-testlər və həssaslıq analizlərinin aparılması;
- Anderraytinq şərtləri və tariflərin adekvatlığının qiymətləndirilməsi üzrə analitik təhlillərin aparılması;
- Təkrarsığorta strukturunun risk profili ilə uyğunluğunun qiymətləndirilməsi;
- Kapital adekvatlığı və ödəmə qabiliyyəti göstəricilərinə dair analitik hesabatların hazırlanması;
- Sığorta ödənişləri ilə ehtiyatlar arasındakı fərqlərin təhlili və səbəblərin müəyyən edilməsi;
- Data keyfiyyətinin qiymətləndirilməsi və hesablama proseslərinin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır
- İmtiyazlar: Könüllü tibbi sığorta;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Aktuari üzrə baş mütəxəssis) qeyd edərək, hr@xalqsigorta.az düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Другие вакансии в этой категории
Другие вакансии этого работодателя
| Позиция | Работодатель | Период |
|---|---|---|
| Marketinq şöbə rəhbəri | Xalq Sığorta | 2026-04-15 - 2026-05-15 |
| Müştəri şikayətləri üzrə baş mütəxəssis | Xalq Sığorta | 2026-04-01 - 2026-05-01 |





