Anderraytinq üzrə Kiçik Mütəxəssis
AccessBank Период: 2025-09-24 - 2025-10-24
Количество просмотров: 395 Вакансия № 1014674
Город:

Баку


İşin təsviri:

  •  Anderraytinq Departamentinə təqdim olunmuş kredit müraciətlərini təhlil edib, kredit memorandumu tərtib etmək, o cümlədən:
  • a. Müştərinin biznesinə səfər edərək məlumat toplamaq və biznes fəaliyyətini təhlil etmək.
  • b. Kredit memorandumu və əlavə edilmiş maliyyə hesabatlarında məlumatların düzgünlüyünü, tamlığını və etibarlılığını yoxlamaq.
  • c. Müştərinin kredit öhdəliklərini yerinə yetirmə qabiliyyətinə təsir göstərən əsas riskləri (maliyyə, bazar, idarəetmə, əməliyyat və s.) müəyyənləşdirmək.
  • d. Kredit işi üzrə təqdim edilmiş məlumatların və şərtlərin Bankın Kredit Siyasəti və daxili qaydalarına uyğunluğunu təmin etmək.
  • Zərurət olduqda müştərinin fəaliyyətinə nəzarət baxışı və kreditin monitorinqini həyata keçirmək.
  • Bankın təşkil etdiyi tədris və peşəkar inkişaf tədbirlərində aktiv iştirak etmək.
  • Bankın digər departamentləri ilə səmərəli əməkdaşlıq və ünsiyyəti təmin etmək.
  • Kredit Risklərinin İdarəedilməsi Siyasəti ilə müəyyən olunmuş və ya rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək.

Tələblər:

  • Maliyyə, Mühasibatlıq və digər oxşar sahələrdə ali təhsil. Maliyyə, Risk sahəsində peşəkar sertifikat (ACCA, CFA, FRM, və s.) üstünlük hesab edilir.
  • Güclü analitik, təşkilati və yazı bacarıqları, yüksək məsuliyyət hissi.
  • Yaxşı ünsiyyət və əməkdaşlıq bacarıqları.
  • Eyni vaxtda bir neçə tapşırığı idarə etmək və sıx vaxt qrafikində işləmək qabiliyyəti.
  • Müştərilərə və Bankın filiallarına səfər etmək imkanı.
  • Azərbaycan dilini səlis bilmək; ingilis və/və ya rus dili bilikləri üstünlükdür.
  • Sərbəst şəkildə MS Office proqramları ilə işləmək bacarığı.

    Müraciət et