Baş mühasib
LİBRAFF MMC Период: 2026-04-22 - 2026-05-22
Количество просмотров: 67 Вакансия № 1015396
Город:

Баку


İş barədə məlumat: 

  • Mühasibat şöbəsinin işini düzgün, qaydalara və qanunvericiliyə uyğun təşkil etmək;
  • Maliyyə uçotu, vergi uçotu və maya dəyəri uçotu üzrə kargüzarlıq işlərinin təşkilini həyata keçirmək;
  • Maliyyə Nazirliyinin mühasibat uçotu standartları üzrə şərhlər və tövsiyələrini rəhbər tutaraq uçotun aparılmasını təşkil etmək;
  • Aylıq, rüblük, illik şirkətdaxili vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Aylıq əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması) və əmək haqqlarını ödəmək;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması.

Namizədə tələblər:

  • Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil
  • 1C 8.3 mühasibat proqramlarında işləmə təcrübəsi
  • ACCA / DipIFR üstünlükdür
  • Vergi qanunvericiliyini bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməli
  • Baş mühasib vəzifəsində ən azı 3 il iş təcrübəsi;
  • Mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli;
  • Microsoft office proqramlarından (xüsusilə excel) sərbəst istifadəni bacarmalı.
  • Peşəkar Mühasib Sertifikatı (PMS).

Maraqlanan namizədlər cv-lərini sevda.garayeva@libraff.az düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı məktubun mövzu hissəsində vəzifə adı mütləq qeyd olunmalı.