Баку
Bərdə nümayəndəliyinin rəhbəri
Vakansiya haqqında məlumat:
PAŞA Sığorta ASC namizədləri Bərdə nümayəndəliyinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bərdə nümayəndəliyinə rəhbərlik edərək, satış hədəflərinə çatmaq və regionda bazar payını artırmaq üçün strateji planları hazırlamaq və icra etmək. Bu vəzifə, komandaya liderlik etmək, müştəri münasibətlərini gücləndirmək, nümayəndəliyin gündəlik fəaliyyətini səmərəli şəkildə idarə etmək və şirkətin korporativ standartlarına uyğunluğu təmin etməklə biznesin dayanıqlı inkişafına töhfə verməyi nəzərdə tutur.
Öhdəliklər
- Nümayəndəliyin gündəlik fəaliyyətini idarə etmək, iş səmərəliliyini yüksəltmək və effektiv iş mühiti yaratmaq;
- İşlə bağlı daxili prosedur, təlimat və siyasətlər barədə əməkdaşları məlumatlandırmaq və onların icrasına nəzarət etmək;
- Satış hədəflərinə çatmaq üçün strateji planlar hazırlamaq və həyata keçirmək;
- Nümayəndəliyin aylıq və rüblük dövriyyəsinin uçotunu aparmaq, satış planının icrasını təmin etmək üçün monitorinq həyata keçirmək;
- Bölgədəki satış imkanlarını araşdırmaq, faktiki satış həcmlərini planla müqayisəli təhlil etmək;
- İllik büdcənin və satış planlarının tərtib edilməsi üçün tələb olunan məlumatları təqdim etmək;
- Şirkətin həyata keçirdiyi layihələrin bölgədə icrasına nəzarət etmək;
- Satış komandasına (ofis işçiləri, agentlər və subagentlər) rəhbərlik və nəzarət etmək.
Bilik və Bacarıqlar
- Sığorta qanunvericiliyi üzrə yaxşı biliklər;
- Satış texnikaları üzrə yaxşı biliklər;
- İdarəetmə və koordinasiya bacarıqları;
- Satış planlaması bacarığı;
- Yüksək səviyyədə ünsiyyətqurma və komanda ilə işləmə bacarığı;
- Stressə davamlılıq və mübahisəli məsələləri idarəetmə bacarığı;
- Dəqiqlik və məsuliyyət;
- Dil bilikləri: Azərbaycan.
Təhsil və Təcrübə
- Ali təhsil (Biznes, Maliyyə, Marketinq və ya əlaqəli sahələr üzrə);
- Müvafiq sahədə 2-3 il iş təcrübəsi.
Biz Sizə Təklif Edirik
Dəyər yaradan işlər
- Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.
Birlikdə güclənən komanda
- Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.
Davamlı inkişaf imkanları
- Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.
Etimada əsaslanan iş mühiti
- Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.