Баку
İş barədə məlumat
- Proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri
- Tələblərin izlənilməsi
- Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi
- Biznes tələblərinə görə hesabatların hazırlanması
- Bankın fəaliyyətinə dair məlumatların təhlillinin həyata keçirilməsi
- Əldə edilmiş nəticələrə görə gələcək dövr üçün proqnozların verilməsi
- Maliyyə bazarının analizi
- Müxtəlif analitik materialların hazırlanması
- İş vaxtı - həftədə 5 gün, 09.00-dan 18.00-dək
Namizədə tələblər
- Ali təhsil (iqtisadiyyat, maliyyə, statistika və ya marketinq)
- Analitik kimi minimum 2 il iş təcrübəsi
- İnformasiyanın təhlili, sistemləşdirilməsi və ümumiləşdirilməsi, təhlil nəticələrinin struktur təqdimatı bacarıqları
- Statistik verilənlər bazaları ilə iş təcrübəsi, maliyyə hesabatlığını bilmək
- Bank biznes proseslərini anlamaq
- Bazarın əsas oyunçularını tanımaq
- Verilənlərin emalı və vizualizasiyasını yaxşı bilmək, Excel və PowerPoint-dən istifadə təcrübəsi
- İngilis, Rus dili biliklərinin Intermediate səviyyəsindən aşağı olmaması
- Sistemli yanaşma, informasiyasını qurmaq və tapşırıqların alternativ həll yollarını tapmaq bacarığı
- Çoxsaylı tapşırıqları paralel icra edə bilmək, məsuliyyət, unsiyyət və sərbəst işləmək bacarıqları
- Qüsursuz yazılı və şifahi nitq. Çətin dəyişimləri sadə və anlaşılan uslubda izah etmə bacarığı
- Ofis proqranlarında işləmə bacarığı (Excel, Word, Power Point) Yüksək səviyyədə MS Excel biliyi
- Kodlaşdırma bacarıqları (Python, R və ya bənzəri kimi)
- Analitik vasitələr təcrübəsi (SQL və ya bənzəri kimi)
- Məlumatların vizuallaşdırılması
- Böyük məlumat bazasının təhlilin aparılması
- Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti
- Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsi
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@muganbank.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Biznes proseslərin idarəedilməsi departamentində analitik) göstərməyiniz xahiş olunur.





