Баку
Barattson Biznes və Maliyyə Məktəbi - 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.
Barattson MMC “Data Analitik üzrə təlimçi” vəzifəsi üçün vakansiya elan edir:
Vəzifə öhdəlikləri:
- Əyani və Online formatda dərslərin keçirilməsi;
- Tədris proqramının yenilənməsi üzrə mütəmadi olaraq təkliflərin verilməsi;
- Müxtəlif dərs metodları, daha çox praktiki üsul ilə dərslərin maraqlı keçirilməsini təmin etmək;
- Praktiki ev tapşırıqları və imtahan suallarını yeniləmək üçün mütəmadi olaraq təkliflər vermək;
Əsas tələblər:
- Data Analitik sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
- Təlimçi kimi minimum 6 ay iş təcrübəsi;
- Yaş həddi: 23-45 yaş;
- Beynəlxalq sertifikatların olması üstünlükdür;
- Ali təhsil;
- Öyrətməyə və gənclərlə çalışmağa həvəsli;
- Texniki bilik və bacarıqlar: Excel, Pyhton, SQL, Power BI.
- Rus və ingilis dili biliyi arzuolunandır.
Şəxsi keyfiyyətlər:
- Güclü ünsiyyət və təqdimat bacarıqları;
- Auditoriyada işləmək bacarığı;
- Məsuliyyətli, pozitiv, intizamlı və aktiv olmalıdır.
Biz nə vəd edirik?
- Peşəkar inkişaf imkanı – daxili və xarici təlimlərdə iştirak, şəxsi və karyera inkişafı üçün dəstək;
- Rahat və müasir iş mühiti;
- Komanda birliyini gücləndirən motivasiyaedici korporativ tədbirlər.
- Ailə üzvlərinə təlimlərdən endirimli istifadə haqqı
Təlim qrafiki: İş günləri təlim planına uyğun olaraq qrupların mövcudluğuna əsasən saat 19:00-dan müəyyən edilir.
Xidmət haqqı: Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq tərəflər arasında razılaşdırılır.
Namizədlərdən CV formaların vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Data Analitik üzrə təlimçi” qeyd olunmaqla göndərməkləri xahiş olunur.





