Direktor Köməkçisi
Baku Electronics LTD
Период: 2025-09-11 - 2025-10-11
Количество просмотров: 765
Вакансия № 1014594
Город:
Баку
İşin təsviri:
- Baş İcraçı Direktorun keçirdiyi danışıqların, görüşlərin və iclasların hazırlığının təmin olunması;
- Müvafiq sənədlərin toplanması, yerləşdirilməsi və qeydiyyatının aparılması;
- Baş İcraçı Direktorun gündəlik iş planının idarə edilməsi və effektiv vaxt bölgüsünün təmin edilməsi;
- Tapşırıqlar gündəliyinin aparılması, icra vəziyyətinin izlənilməsi və rəhbərliyə məlumatlandırma;
- Şirkətin müəyyən etdiyi korporativ üslub əsasında daxili, ölkədaxili və beynəlxalq yazışmaların aparılması;
- Baş İcraçı Direktorun texniki fəaliyyətlərinin təmin olunması (nəqliyyat sifarişi, bilet sifarişi, görüşlərin təşkili və s.);
- Tədbirlər təqviminin idarə olunması və müvafiq xatırlatmaların verilməsi;
- Zəruri hesabatların hazırlanması və təqdim olunması
Tələblər:
- Ali təhsil;
- Minimum 1 il icraçı köməkçi və ya inzibati sahədə iş təcrübəsi;
- Azərbaycan dilində səlis, rus və ingilis dillərindən birini sərbəst bilmək (hər ikisi üstünlükdür);
- MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- Yüksək təşkilatçılıq, planlama və vaxtın idarə olunması bacarığı;
- Məxfilik, məsuliyyətlilik və detallara diqqət;
- Yüksək ünsiyyət və peşəkar yazışma bacarığı;
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Direktor köməkçisi” qeyd etməklə cv@bakuelectronics.az elektron poçt ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.





