Gömrük Bəyannaməçisi (Maliyyə bölməsi)
Agrokimya
Период: 2025-09-17 - 2025-10-17
Количество просмотров: 752
Вакансия № 1014634
Город:
Баку
İşin təsviri:
- İdxal, ixrac və tranzit yüklərinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi;
- Gömrük orqanları ilə yazılı və şifahi şəkildə effektiv əlaqələrin qurulması;
- Gömrük və digər müvafiq sənədlərin düzgün hazırlanması;
- Yol qaimələrinin və daşınma sənədlərinin tərtib olunması;
- Müştərilərlə e-mail vasitəsilə rəsmi yazışmaların aparılması;
- Yüklərlə bağlı yaranan problemlərin və gecikmələrin operativ həlli;
- Mövcud qanunvericilik və daxili prosedurlara uyğunluğun təmin edilməsi.
Tələblər:
- Vacibdir: Xanım namizədlərə üstünlük veriləcəkdir
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dilində səlist danışıq və yazı bacarığı;
- İngilis və Rus dili üzrə orta səviyyədə bilik (sənədləri oxuyub-anlamaq üçün);
- Gömrük qanunvericiliyi və rəsmiləşdirmə prosedurları üzrə geniş bilik;
- Müraciət məktublarının hazırlanması üzrə təcrübə;
- Rəsmi və operativ e-mail yazışma bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət;
Üstünlük Sayılan Bacarıqlar:
- Beynəlxalq daşınma qaydaları (INCOTERMS) haqqında bilik;
- ERP sistemlərində və gömrük proqramlarında iş təcrübəsi;
- Rus və İngilis dili biliyi;
İş şəraiti:
- İş saatı 9:00 –dan 18:00 -dək, Şənbə günü 9:00 -dan 13:00-dək
- İstirahət günü: Bazar
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- Nahar şirkət tərəfindən təmin edilir.
- Mobil telefon, korporotiv nömrə və aylıq mobil rabitə limiti şirkət tərəfindən təmin olunur.
- Əmək haqqı: 800-1000 AZN-dən ( Namizədin bilik və təcrübəsinə əsasən Ə/M müəyyənləşəcək )
CV formalarınızı (şəkilsiz CV- qəbul edilmir) hr@agrokimya.com e-mail ünvanına göndərə bilərsiniz (məktubun mövzu bölməsində vakansiyanın adını “Gömrük Bəyannaməçisi” qeyd etməyiniz xahiş edilir, əks halda müraciətə baxılmayacaq).





