Help Desk Mütəxəssisi
Supertoys Период: 2026-06-17 - 2026-07-17
Количество просмотров: 44 Вакансия № 1015522
Город:

Баку


İş şəraiti

  • İş saatı: 09:00 – 17:30
  • İş yeri: Sədərək ofisi
  • Əmək haqqı 750-800 azn 

Vəzifə öhdəlikləri

  • Baş ofis, anbar və filiallardan daxil olan texniki müraciətləri qəbul etmək, qeydiyyata almaq və həll etmək;
  • Kompüter, noutbuk, printer, barkod oxuyucu, POS avadanlıqları, şəbəkə qurğuları və digər İT avadanlıqlarının quraşdırılması və sazlanmasını həyata keçirmək;
  • Filiallarda yaranan proqram, internet və avadanlıq problemlərinə uzaqdan və ya yerində texniki dəstək göstərmək;
  • Yeni açılan filialların və yeni iş yerlərinin texniki təminatında iştirak etmək;
  • İstifadəçi hesablarının, korporativ e-poçtların və sistem girişlərinin idarə edilməsini təmin etmək;
  • Şəbəkə və internet bağlantılarında yaranan nasazlıqların aradan qaldırılmasını təmin etmək;
  • İT avadanlıqlarının inventar uçotunu aparmaq, texniki vəziyyətinə nəzarət etmək və ehtiyacları müəyyənləşdirmək;
  • Filial və anbarlarda istifadə olunan texniki avadanlıqların fasiləsiz işləməsini təmin etmək;
  • İT infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • İT Şöbə Rəhbərinin verdiyi digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Help Desk və ya İT dəstək sahəsində minimum 6 ay – 1 il iş təcrübəsi;
  • Windows əməliyyat sistemləri və Microsoft Office proqramları üzrə biliklər;
  • Kompüter avadanlıqları, lokal şəbəkələr və internet texnologiyaları üzrə baza bilikləri;
  • Problemləri operativ analiz və həll etmə bacarığı;
  • Yüksək ünsiyyət, məsuliyyət və komanda ilə işləmə bacarığı;

Xahiş olunur şəkilli CV-ləri hr@supertoys.az düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və mövzuda vakansiyanın adını “HelpDesk” qeyd edin.


Другие вакансии в этой категории
Позиция Работодатель Период
IT Help Desk Atəşgah Sığorta 2026-05-21 - 2026-06-21
Другие вакансии этого работодателя