Hesabatlılıq və büdcə üzrə mütəxəssis / baş mütəxəssis
PMD Group
Период: 2025-03-08 - 2025-04-08

Количество просмотров: 320
Вакансия № 1013398
Город:
Баку
İşin təsviri:
- Aylıq olaraq Qrup və alt şirkətlərin maliyyə hesabatlarını toplanılması, analiz olunması, hər hansı uyğunsuzluq aşkarlanan hallarda məlumatların düzəldiməsi və ya dəqiqləşdirilməsini təmin etmək;
- Aylıq olaraq Qrupdaxili əməliyyatların analiz olunması və kommunikasiyanın təşkilinə nəzarət;
- Aylıq olaraq İdarəetmə uçotu üçün Konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasına nəzarət və təqdimatı;
- Konsolidasiya edilmiş maliyyə hesabatlarında faktiki aylıq və büdcə nəticələri arasında fərqlərin araşdırılmasına nəzarət və analitik izahların təqdim edilməsi;
- Maliyyə hesabatlarının beynəlxalq standartına (MHBS) əsasən hazırlanacaq maliyyə hesabatları üçün lazımı standartların tətbiqinə və maliyyə hesabatlarının hazırlanmasına nəzarət;
- Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtibinə nəzarət və təqdim edilməsi;
- Maliyyə proseslərinin və idarəetmə hesabatlarının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək;
- Büdcə və hesabatlılıq komandası tərəfindən hazırlanmalı olan digər oxşar tapşırıqlarının komanda üzvləri arasında bölgüsü və icrasına nəzarət.
Tələblər:
- Maliyyə, Mühasibat, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Maliyyə hesabatı, büdcələmə və ya audit sahəsində 1-4 il iş təcrübəsi; Böyük 4-lük (Big4) şirkətlərində təcrübə arzuolunandır;
- MHBS əsasları və maliyyə hesabatı standartları üzrə dərin bilik, yeni MHBS yeniləmələrini təhlil edib hesabat proseslərinə tətbiqetmə bacarığı;
- Maliyyə analizi üçün yüksək səviyyədə Excel bilikləri;
- ACCA sertifikatlarının olması (F3, F7)
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
- Komanda ruhu və çeviklik.
Müraciət üçün link: PMD Group MMC - Hesabatlılıq və büdcə üzrə mütəxəssis / baş mütəxəssis
Другие вакансии в этой категории