HR specialist
Italdizain Group Период: 2026-04-28 - 2026-05-28
Количество просмотров: 107 Вакансия № 1015415
Город:

Баку


Vəzifə öhdəlikləri:

  • Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM-si bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS), e-sosial sisteminə vakant yerlərin işlənilməsi, işə qəbul və işdən çıxan əməkdaşların İSB –yə uyğun olaraq vaxtında daxil edilməsi;
  • Məzuniyyət qrafiklərini tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotununun aparılması; verilən məzuniyyətlərin cədvəl üzrə istifadəsinə nəzarət edilməsi, işçilərə illik məzuniyyətlərin verilməsi (əmrlərin düzgün tərtibi, uzatmalar, staj, işə başlama tarixlərinə nəzarət) və ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması; 
  • Əmək haqqı kartlarının açılması və sifarişi;
  • Şirkət üzrə bütün növ əmrlərin (işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s.,), əmək kitabçalarının, xidməti müqavilələrin, əlavə razılaşmalarının, təhvil-təslim aktlarının və xitamların yazılmasını icra etmək;
  • Mövcud vakansiyaların təhlili, elanların hazırlanması və yerləşdirilməsi. Vakansiyalar üzrə namizədlərin aktiv axtarışı və cəlb edilməsi.

Tələblər:

  • İnsan resursları, idarəetmə və ya əlaqəli sahədə ali təhsil
  • HR sahəsində minimum 1–3 il iş təcrübəsi
  • Əmək qanunvericiliyi üzrə biliklər
  • Ünsiyyət və təşkilatçılıq bacarıqları yüksək səviyyədə
  • MS Office proqramlarında işləmək bacarığı
  • Azərbaycan və rus dili sərbəst

Şəhər: Bakı

Maraqlanan namizədlər öz CV-lərini cv@italdizain.az düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.


Другие вакансии в этой категории
Позиция Работодатель Период
Kargüzar Zeytun Pharmaceuticals 2025-12-08 - 2026-12-08