Hüquq Departamentinin Dövlət və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqşünası / Aparıcı hüquqşünası
AzərTürkBank
Период: 2025-08-22 - 2025-09-22
Количество просмотров: 950
Вакансия № 1014483
Город:
Баку
İşin təsviri:
- Banka qarşı qaldırlmış və (və ya) Bankın qaldırdığı iddialar üzrə aidiyyəti məhkəmələrdə Bankı təmsil etmək;
- İddia ərizələri, apellyasiya şikayəti, məhkəmə işləri ilə bağlı digər sənədləri hazırlamaq;
- Bankın fəaliyyəti ilə əlaqədar olaraq dövlət orqanlarında, ictimai və digər təşkilat və müəssisələrdə Bankın hüquqlarını və mənafeyini qorumaq məqsədilə təmsilçilik etmək;
- Şöbənin icraatına daxil olan məhkəmə işlərinin vahid reyestrini aparmaq;
- Dövlət və hüquq mühafizə orqanlarından daxil olan sorğuları cavablandırmaq;
- Görülmüş işlər barədə mütəmadi olaraq hesabat hazırlamaq və şöbə rəisinə təqdim etmək;
- Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək;
Tələblər:
- Ali təhsli (hüquq ixtisası üzrə);
- Hüquq sahəsində iş təcrübəsi;
- Azərbaycan dili səlis, rus və ingilis dili biliyi arzuolunandır;
- Azərbaycan Respublikasının qanunvericiliyini səlis bilməli;
- Komandada işləmək və öyrənmə bacarığı;
- Məxfiliyin qorunması.
Müraciət et
Tренинги и семинары в этой категории
| Тренинг и семинар | Работодатель | Период |
|---|---|---|
| Bankın komplayens işçisi | İnternational Consulting Company | 2026-06-19 - 2026-07-11 |





