Hüquq məsləhətçisi
"Göygöl Şərab Zavodu" ASC
Период: 2026-08-13 - 2026-09-13
Количество просмотров: 20
Вакансия № 1015685
Город:
Гёйгёль
İş yeri Göygöl şəhərindədir
Əmək funksiyası:
- Müqavilələrnin hazırlanmasında iştirak edir;
- Müəssisınin tərkibinə daxil olan bütün təsərrüfat subyektlərinin qanuni mənafelərinin qorunmasını təmin edir;
- Müəssisənin mənafeyini məhkəmə orqanlarında,digər idarə,müəssisə və təşkilatlarda,habelə hüquq mühafizə orqanlarında müdafiə edir;
- Qanun mahiyyətli sənədləri işləyib hazırlayır və ya hazırlanmasında iştirak edir;
- Təsərrüfat, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israf və mənimsənilmə ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak edir;
- Arbitraj və məhkəmə işlərində iddiaların baxılmasının nəticələrini ümumiləşdirir və təhlil edir;
- Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədləri rəsmiləşdirir;
- Təsərrüfat müqavilələrinin bağlanılması işində onlara hüquqi əsaslandırılmış rəy verir;
- İddialara cavab hazırlamaq üçün arayışın, hesabatın, izahat və başqa materialların vaxtında verilməsinə nəzarət edir;
- Başqa bölmələrlə birgə müəssisə, idarə və təşkilatlarda verilmiş əmr və digər normativ aktlara dəyişikliklər edir və qüvvəsini itirənlərin ləğv edilməsi haqqında təkliflər hazırlayır;
- Müəssisə, idarə və təşkilatların fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, daxil olan normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında iştirak edir;
- Qanunun tətbiqi üzrə iş aparır;
- Müəssisə, idarə və təşkilatların fəaliyyətinə aid olan normativ aktlar ilə qüvvədə olan qanunvericiliyə dəyişikliklərlə vəzifəli şəxsləri tanış edir;
- Müəssisə, idarə və təşkilatların işçilərinə carı qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəy verir.
Tələblər:
- Göygöl və Gəncə şəhərlərinin sakinlərinə üstünlük verilir;
- Komersiya hüququ sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Tələb olunan vəzifə üzrə minimum 2 (iki) il iş təcrübəsi.
İş şəraiti:
- İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
- Nahar fasiləsi 13:00 – 14:00, İşçilər naharla təmin olunur
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “Hüquq məsləhətçisi” yazıb b.isgenderov@xan.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Другие вакансии в этой категории
| Позиция | Работодатель | Период |
|---|---|---|
| Korporativ hüquqşünas | Tam Store | 2026-07-23 - 2026-08-23 |



