İddiaların tənzimlənməsi üzrə kiçik mütəxəssis
Azərbaycan Sənaye Sığorta ASC
Период: 2026-03-12 - 2026-04-12
Количество просмотров: 173
Вакансия № 1015307
Город:
Баку
Vəzifə öhdəlikləri:
- Sığorta hadisəsi hesab edilən hallar üzrə məlumatları sistemə daxil etmək və müvafiq işləri icra etmək (yük sığortası istisna olmaqla);
- Sığorta işi üzrə ödəmə qərarı verildikdən sonra sənədləri toplayaraq Müştəri Xidmətləri şöbəsinə təhvil vermək;
- İl ərzində həyata keçirilən sığorta ödənişi aktlarının təqibi üzrə cədvəl hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Bütün sığorta növləri üzrə rəhbərliyin tələb etdiyi hesabatların hazırlanmasında və müqayisəli təhlilin aparılmasında iştirak etmək;
- Hər bir iş üzrə digər şöbələrdən sənədlərin təhvil-təslimini həyata keçirmək, onların yoxlanılması, təqibi, nəzarəti və uçotunu aparmaq;
- Müvafiq sənədlərin arxivləşdirilməsini təmin etmək;
- Sənədləri qaydaya salmaq və çatışmazlıqlar aşkar edildikdə onların aradan qaldırılmasını təmin etmək;
- Ehtiyac yarandıqda hadisə yerinə baxış keçirmək və hadisəni araşdırmaq.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Sığorta qanunvericiliyi üzrə biliklər;
- Yol hərəkəti qaydalarını bilmək;
- Analiz və qiymətləndirmə bacarıqları;
- Kommersiya və sığorta sirrini qoruma bacarığı.
Biz nə təklif edirik:
- İş yeri: Bakı şəhəri, Gümüş Plaza
- İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur.
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabət qabiliyyətli əməkhaqqı.
- İş mühiti: Regionun aparıcı siğorta şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mədəniyyət.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçt ünvanına göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində " İddiaların tənzimlənməsi üzrə kiçik mütəxəssis – 30261 " qeyd etməyiniz xahiş olunur.
Другие вакансии в этой категории
| Позиция | Работодатель | Период |
|---|---|---|
| Qəza Komissarı | A Group Sığorta Şirkəti | 2026-02-27 - 2026-03-25 |
Другие вакансии этого работодателя
| Позиция | Работодатель | Период |
|---|---|---|
| Təkrarsığorta Şöbəsinin Mütəxəssisi | Azərbaycan Sənaye Sığorta ASC | 2026-02-16 - 2026-03-16 |





