
Баку
Vəzifə və Öhdəliklər:
Təhlükəsizlik insidentlərini vaxtında aşkarlamaq, təhlil etmək və cavablandırmaq;
SIEM, EDR, XDR və digər təhlükəsizlik alətlərini idarə etmək və monitorinq aparmaq;
İnsidentlərin səbəbini təhlil etmək və sənədləşdirmək.
Təhlükəsizlik insidentlərinə cavab vermə playbook-larını və prosedurlarını hazırlamaq və aktual saxlamaq;
İT və biznes komandaları ilə əməkdaşlıq edərək şirkətin təhlükəsizlik səviyyəsini yüksəltmək;
Gündəlik monitorinq və log analizlərinin aparılması;
L1, L2 və L3 monitorinq növbələrini izləmək, lazımi hallarda eskalasiya proseslərini koordinasiya etmək;
Mərkəzi Bank və beynəlxalq tənzimləyici qurumların hesabat tələblərinə uyğun insident hesabatlarını hazırlamaq;
İnsident zamanı texniki dəstək göstərmək və əlavə məlumat toplamaq;
Təhlükəsizlik təlimləri və maarifləndirmə fəaliyyətlərində iştirak etmək;
Daxili hesabatlar hazırlamaq və insidentlərin qarşısını almaq üçün tədbirlər görmək.
Bilik və Bacarıqlar :
Ali təhsil – İnformasiya Təhlükəsizliyi, Kompüter Elmləri və ya əlaqəli sahə;
IR (Incident Response) və təhdid araşdırmaları üzrə sübut olunmuş təcrübə (1-3 il)
Təhlükəsizlik əməliyyatları, hücum vektorları və müdafiə üsulları haqqında güclü anlayış
Ümumi təhlükəsizlik çərçivələri və standartları (MITRE ATT&CK, NIST, ISO 27001 və s.) haqqında bilik
Sertifikatlar (CompTIA Security+, CySA+, CCNA Security və s.) arzuolunandır;
Güclü analitik düşüncə və problem həll etmə bacarığı
Effektiv ünsiyyət və sənədləşdirmə bacarıqları
Namizəd şəbəkə və server infrastrukturu (Windows, Linux, Active Directory, VPN, DNS), şəbəkə təhlükəsizliyi, TCP/IP, firewall, kriptoqrafiya və təhlükəsizlik tətbiqləri üzrə ilkin biliklərə və əsas anlayışa malik olmalıdır
Zərəvericilik və zəiflik qiymətləndirməsi üzrə təcrübə (NMAP, zəiflik skannerləri və s.)
Bulud əsaslı təhlükəsizlik alətləri (məsələn, Azure Sentinel, AWS Security Hub) ilə işləmə bacarığı
Azərbaycan, ingilis və rus dilləri səviyyəsi (orta və yuxarı).
Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda https://hr.turanbank.az/home qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.