İnsan Resursları üzrə Kiçik Mütəxəssis
Mazarina Trade Company Период: 2026-09-16 - 2026-10-16
Количество просмотров: 106 Вакансия № 1015791
Город:

Баку


İnsanlarla işləməyi, HR sahəsində inkişaf etməyi və dinamik iş mühitində təcrübə qazanmağı istəyirsinizsə, komandamıza qoşulmağınızı gözləyirik!

Əsas vəzifə və öhdəliklər: 

  • İşə qəbul və seçim prosesinin təşkilində iştirak etmək;
  • Namizədlərin CV-lərini nəzərdən keçirmək və ilkin seçim aparmaq; 
  • Müsahibələrin təşkili və namizədlərlə əlaqələndirməni həyata keçirmək; 
  • İşə qəbul, işdən azad olunma və digər kadr prosesləri üzrə sənədləşməni aparmaq; 
  • Əmək müqavilələri və kadr sənədlərinin hazırlanmasında iştirak etmək; 
  • Əməkdaşların şəxsi işlərinin və HR məlumatlarının düzgün şəkildə aparılmasını təmin etmək; 
  • ƏMAS və digər HR sistemlərində məlumatların işlənməsində iştirak etmək; 
  • İşçilərin davamiyyət, məzuniyyət və digər HR məlumatlarını izləmək; 
  • Əməkdaşların müraciətlərini qəbul etmək və HR məsələləri üzrə dəstək göstərmək; 
  • Şirkətin daxili intizam və HR prosedurlarının icrasına dəstək olmaq.

Vakansiya üzrə tələblər:

  • Müəyyən sahədə azı 6 ay təcrübə;
  • Bəy namizədlər;
  • ƏMAS platformasında sərbəst şəkildə istifadə etmə bacarığı; 
  • İşgüzar və məsuliyyətli olmalı;
  • Problemləri həll etmə bacarığı;

İş Şəraiti:

  • Əmək haqqı: Bazar rəqabətinə uyğun
  • İş qrafiki: 09:00–18:00
  • İstirahət günləri: Şənbə və Bazar
  • Ünvan: Yusif Vəzir Çəmənzəminli küç. 14

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini cv@mazarina.az elektron poçt ünvanına mövzu (subject) hissəsinə “İnsan Resursları üzrə kiçik mütəxəssis" qeyd edərək göndərmələri xahiş